Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Ocağın Ruhsal Mərkəzində Ailə günü toplantısı keçirilib


 

"xeberinfo.com": 17 İstək günü, İşıq ayı, 36-cı ildə (17.5.2014) Mütləqə İnam Ocağının Ruhsal Mərkəzində Ocaq Ailələrinin (“Ulu Fərəh”, “Ümid”, “Dan Yeri”) III Ailə Günü toplantısı keçirilib. Bu haqda Ocaq Yükümlüsü İşıqlı Atalı bildirib.

Ocağın Ruhsal Başçısı Safruhun toplantıya uğurlaması dinlənilib: “Ürəyinizdə Ata günəşi olsun! Gələnlərimizi kutlayıram! Hansı yükü çəkirəm, gələnlər onun fərqindədirlər. 36 ildir ki, Ocaq ideyasını deyrik. Bunun çox əsaslı niyəsi var. Biz İnam Atanın sözünü deyirik. O, nə dediyini dərindən bilirdi. Buna ümumbəşəri ehtiyac vardı. Heç bir insan və insan topluluğu hər hansı bir dəyərin, sabitliyin yiyəsi kimi çıxış etmək istəmir. Niyə Vətən duyğusu getdikcə ölür?”

Safruh “ümumdünya günləri” haqqında danışıb, bunların insani çatışmazlıqlarını göstərib. Ocaqçı dağlar qədər vüqarlıdır, onun çiynindəki yük dağlar qədər ağırdır. İnsani əyriliyə qarşı hiddət gərəkdir. Yalnız olan görüləcək. Uydurulan görünməyəcək”.

Budəfəki Ailə gününün içsəs konuları aşağıdakılar olub: “Amallaşma, Kamilləşmə, Xalqlaşma bilgiləndirmələri. Ocaqdan aldığım, Ocağa verdiyim. Həqiqətin dili.”

“Ulu Fərəh” Ocaq Ailəsinin Yükümlüsü Uluruh Atalı Ocaqçılığı haqqında hesabat verib: “Bu ay da Atadan oxumalarım olub. İnsan hara getsə də, özündən əl çəkə bilmir, özümlüyü ilə üz-üzə qalır. Həqiqət insanı rahat qoymur. Həqiqətə uyğun özünü qurursan”.

 “Ümid” Ocaq Ailəsinin Yükümlüsü Yolruh Atalı kamilləşməyin qaçılmazlığını dilə gətirib. O deyib: “Dünya özünü ötür – sən də dünyanı ötməlisən. Həyat özünü ötür – sən də həyatı ötməlisən. İnsanlığa yetmək üçün – özünü ötməlisən.”

Uğur Atalı gördüyü işlərdən danışıb. Güntəkin Atalı Ailə günündən aldığı fərəhi ifadə edib: “Ailə gününü bayram sayıram. Hər ay Ocaq tədbirinə böyük fərəhlə gəlirəm”.

Ocaq Yükümlüsü İşıqlı Atalı ay boyu Ocaq işlərini təhlil edib: “Ulusumuz İnama yiyələndikcə varlığını təsdiq edəcək. İşlərimizin sınırsızlığı var, sınırı yoxdur. Bizim bitməyən ümidimiz var, ümidsizliyimiz yoxdur. Ardıcıl ruhsal qurulma gərəkdir. Həqiqətin yiyəsi – dəyişməz və Kamildir.  Həqiqət – ruhsal özül üzərində ardıcıl gerçəkləşmə sevir. Həqiqət – tərəddüd sevmir, şübhəni qovur”.

 

Toplantı “Ata Ruhunu ürəyimizdə aparırıq!”, “Atamız var olsun!” sözləriylə başaçatıb.

 

     

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam