Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Özünə doğru

 

Yolruh ATALI

 

Özünə doğru

 

(İçsəs)

 

"Xeberinfo.com": Həyat sənə güzəşt etmir – sən də həyata güzəşt etmə!

***
Həyat sənə arxayın olmur – sən də həyata arxayın olma!

***
Özünü həyatdan yox, həyatı özündən asılı et!

***
Çətinlikdən bezirsən, ona görə ki, imkansızlığı aşa bilmirsən.

***
Çətinlik – imkansızlıq acısıdır.

***
Hərənin bir əqidəsi olmur – hərənin bir əqidəsizliyi olur. Əqidə birdir – insanlıq!

***
Özünə inanmırsan, ona görə ki, özündən başqa hər şeyə inanırsan.

***
Özümlük yoxluğu – inamsızlıq acısıdır.

***
Acıların ən yamanı – diriykən yoxluğunu anlamaqdır.

***
Həqiqəti özündə görməyincə nə həqiqətin, nə də özünün varlığına inana bilməzsən.

***
İnad – həyatı, gerçəkliyi yenmək istəyi, yoludur.

***
İnadcıl – həyatı, gerçəkliyi yenən, dəyişdirəndir.

***
Adam üçün həyat – idealın özüdür. Ona görə adamlar idealsızdırlar.

***
İnsan üçün həyat – idealdan aşağıdır. Ona görə insanlaşan ideala can atır.

***
Özün üçün məqsəd deyilsən, ona görə özünə inanmırsan.

***
Özünə inam – özünü ideallaşdırma, mütləqləşdirmədir.

***
Özünü ideallaşdırmayan – özünə inana bilməz.

***
Dünyaya, həyata inam – dünyanı, həyatı ideallaşdırmaqdır.

***
Özünə insani yanaşmanı özündən başla – özünə qarşı yanaşmada başqalarına örnək ol!

***
Həqiqətçi – özünün inandığına başqasını inandırır.

***
Yalançı – özünün inanmadığına başqasını inandırır.

***
Özün ideallaşdıqca – ideala inanırsan, bağlanırsan.

***
İçində özünü görürsən – ideallaşırsan.

***
İçində özünü görmürsən – idealsızlaşırsan.

***
Özünə insani yanaşa, dəyər verə bilmirsən,  di gəl, başqalarından özünə insani münasibət gözləyirsən, umursan.

***
Özünə qarşı insansızlığına göz yumursan, başqalarını insansızlıqda qınayırsan, suçlayırsan.

***
Özünə adi münasibətin – səni adi adam edir.

***
Özünə ali münasibətin – səni ali insan edir.

***
Atamız var olsun!

 

15 Od 36-cı il.

 

(15.7.2014).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam