Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

İkiüzlü


 

 

 "Xeberinfo.com": 

Həqiqəti başqasında tapa bilərsən, ancaq başqasından asılı olacaqsan.

***
Həqiqəti özündə tap – özündən asılı ol.

***
Həqiqət – ikiüzlünü sevmir, ona görə ikiüzlü – həqiqətsizliyi sevir.

***
İkiüzlülük – ikiüzlüdə olan üzlərin ən az sayı, göstəricisidir: ikiüzlü – minüzlüdür, mindillidir.

***
İkiüzlü – hamıya üz verən, hər üzə düşən, ona görə də üzsüz qalandır.

***
Hamıya üz verən – hamı üçün öz üzündən keçəndir.

***
Hamıya yarayan – özünə yaramayandır.

***
İkiüzlü hamıya “yarayır” – ona görə kimsəni yarıtmır.

***
İkiüzlü – faydaçıdır, ona görə həm xeyirçi, həm şərçidir.

***
Üzə düşmək – başqasının üzünə uyğunlaşmaqdır.

***
Birüzlü – kimsəyə üz verməyən, üzünü qoruyandır.

***
İkiüzlü – özünü söyür ki, başqasını söyə bilsin, özünü öyür ki, başqasını öyə bilsin.  

***
İkiüzlü – hər kəsə, duruma görə dəyişəndir, hər sayaq ləyaqətsizliyi qəbul edəndir.

***
Ən sıradan anti-insani işlər, sözlər – ikiüzlülükdür.

***

Öz üzünü başqasının üzünə güzəştə gedirsən – ikiüzlülük yaranır.

***
Öz üzünü başqasının üzünə güzəştə getmirsən – birüzlülük yaranır.

***
Bütün ikiüzlülər – yalançıdır, yaltaqdır; bütün yalançı və yaltaqlar – ikiüzlüdürlər.

***
İkiüzlülük – inamsızlıqdır, qorxaqlıqdır, qətiyyətsizlikdir, iradəsizlikdir, deyingənlikdir, dayanıqsızlıqdır.

***
Hər kəs öz üzünə uyğun olana inanır. Ona görə ikiüzlülərə inananları, onları qəbul edənlərə yazığınız gəlsin.  

***
Hər kəs öz ləyaqətinə uyğun olana inanır. Ona görə ləyaqətsizlərə inananları, onları qəbul edənlərə yazığınız gəlsin. 

***
Hər kəs öz əxlaqına uyğun olana inanır. Ona görə əxlaqsızlara inananları, onları qəbul edənlərə yazığınız gəlsin. 

***
Atamız var olsun!

Yolruh  ATALI

23 Solğun 36-cı il.

(23.10.2014).

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam