Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Dünyanı obrazlaşdırmaq

 

 

Yolruh ATALI

 

 

(İçsəs)

 

İnanmaq – inandığını ucaltmaqdır, inanmamaq – inanmadığını alçaltmaqdır.

***
İnanırsan – dəyər verirsən, inandığını yaradırsan.

***

İnanmırsan – dəyərdən salırsan, inanmadığını var görmək, etmək istəmirsən.

***
Başqasına olan inamı kəsmək – doğma, insani yanaşmanı kəsməkdir.

***
İnanaraq – öyürsən, inanmayıb – söyürsən.

***
İnanmaq adıyla yaltaqlanmaq – inamı yox, yaltaqlığı yaşatmaqdır.

***
İnandığının gücü – inamının gücü qədərdir.

***
İnamın mütləqləşəndə – inandığın da mütləqləşir.  

***
İnamın nisbiləşəndə – inandığın da nisbiləşir.

***
İnanmaq – inandığına uyğunluqdur.

***
İnamsızlıq – inanmadığına uyğunsuzluqdur.  

***
Uyğun bildiyinə, gəldiyinə inanırsan, uyğun bilmədiyinə, gəlmədiyinə inanmırsan.

***
İnamın yoxdursa – inandığın da yoxdur.

***
Gücün çatan ölçüdə, tutumda inanırsan, gücün çatan qədər varlıqla uyum tapırsan.

***
İnam – inanılanı obrazlaşdırmaqdır.

***
Obrazlaşdırmaq – varlığı ən qabarıq özəllikləriylə qavramaq, biçimləndirməkdir, dəyərləndirməkdir.

***
İnamın itməsi, inamsızlıq – idrakında inandığının obrazının itməsi, yox olmasıdır.

***
Dünyanın dağılacağına inam – idrakındakı dünya obrazına inamsızlıqdır, həmin obrazın dağılması, yox olmasıdır.

***
Dünyanın dağılmayacağına inam – idrakındakı dünya obrazına inamdır, həmin obrazı qorumaq, yaşatmaqdır.  

***
Dünya mütləq biçimdə inandırıcıdır. Bu, insana dünyaya mütləq inanmaq imkanı verir.

***
İnam – inandığını gerçəkdən qazanmaq, özününküləşdirmək deyil, onun obrazını idrakınla yaratmaqdır.

***
İnamsızlıq – inanmadığının gerçəkdə itməsi, yox olması deyil, onun obrazının idrakında itməsi, yox olmasıdır.

***
İnandığın nəsnədə üzə çıxırsan, üzə çıxardığına inanırsan.

***
İdeala gərək duymaq – özündən güclüyə gərək duymaqdır. İdeal – gücünə güvəndiyindir.

***
Özündən gücsüzdən ideal yarada bilməzsən. Gücsüzdən ideal yaratmaq – idealı ələ salmaqdır, idealsızlığa enməkdir.

***
İdeala can atmaq – güclü olana can atmaqdır.

***
Gücsüz ideal ola bilməz – gücsüzə can atıla bilməz.

***
Güclüyə inanmağa gücü çatmayanın – özünü gücsüzə inandırmağa gücü çatır.

***
Gücsüzə inanmırlar – yəni gücsüzdən güc almırlar.

***
Gücsüzə inam verirlər – yəni gücsüzə güc verirlər.

***
İnandıqlarına fərq qoyursansa – özünə inanmırsan.

***
İnandıqlarına fərq qoymaq – umacaqlı inamdır.

***
Mütləqə İnam – inam ayrı-seçkiliyini aradan qaldırmaqdır.

***
İnanılan hər şey – ideallaşdırılandır.

***
İnamlı – özündən güclünü ideallaşdırır.

***
İnamsız – özündən gücsüzü ideallaşdırır.

***
İnamın nə boydadırsa – idealın da o boydadır.

***
Kamilləşmək – həqiqətləşməkdir. Kamilliyə inanmayan həqiqətləşə bilməz.

***
Atamız var olsun!

 

31 İşıq 36-cı il.

(31.5.2014).

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam