Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

DÜŞMƏSİN...

 

 

  DÜŞMƏSİN...

(bəhri təvil)

Qızlarımız nə gündədir azdı yaşı,  ətək qısa

Saçlarının rəngi sarı kəsib –töküb qısa-qısa.

Ədəb-ərkan yoxdusa da,  ata-ana olub dayaq

Görməz olub, göbək çöldə,dodaq boya.

Dərddi bizə çəkməliyik,bu dərdi biz hara qoyaq

Göz alışır, baş qarışır,oğulsansa, yatmışları

Yuxudaca silkələyib, bacarsana gəl sən oyat.

Oyat, de ki, gəl adam ol, geyim busa nə ad qoyaq?

Qaş tatuaj, dodaq qaba, dırnaq uzun, üstü boyaq.

Hansı təməl öndə durub söyləyəcək-görməz olaq?

Göz var ikən baxan ki yox, ip qırılıb, ətək bizim əldə deyil.

Dərd o zaman ağırdı ya, ata-ana avropaya etdi meyl

Moddu deyib, qınandısa, haray salıb etsə giley

Söyləyəcək:

Bəsdirin ha qoy yaşayaq, həyat budur, bizimlədir

Biz yaşayaq dövr bizim, nadanlıqsa sizinlədir..

Biz bilərik, qız da bizim, şirin –acı, duz da bizim

Payız düşüb qış gələcək, sazaq vuran buz da bizim.

Avropanın günəşidir, gün doğubdur üstümüzə,

İstəyimiz çin olubdu, gün qarışıb istimizə.

Kimə gərək fal da bizim, yanaq üstü xal da bizim

Gördün o qız, boyu uzun zürafədir  bayandısa,           

Avropanın əngəlidir, getdiyi yol hayandısa,

Oaytarmalı, ayıltmalı, əgər sözü sayandısa,

Soyu –kökü bəllidisə, üzü dönər bu yandısa,

Söyləginən  vur başına, itin qızı dön yoluna,

Yaşın hara, başın hara, qayıtginən üzüqara!

Çox üzlərə üz olmusan, ağızlara söz olmusan

Çürük toxum becərmişik, əyrilərə göz olmusan .

Ay atalar,ay analar söz sizindi, dinsəniz ha,

Yeriyirsiz eniş-yoxuş, kor göz ilə görməz olub,

Yollar ayrı,bu azmışlar gedir hara, hayanlara

Addımları nəsli-kökü edibdi xar, vurub yara

Uzaq deyil, siz də baxın, yaxın uzaq azıb yolu.

Sintez edib  soy –kökünə, dərinlərdə qazıb quyu

 Gəlin verək  biz əl-ələ bu yol bizdən uzaq düşüb,

Yön almasın bizdən iraq, uzaqlara, uzaqlara,

Batmasın heç ad-sanımız, söz olmasın qızlarımız!

Düşməsin qoy əl -ayaqda qurulacaq o torlara!                                     

 

        

 

      TƏRANƏ ŞƏMS.  

     

       07.06.2014.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam