Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

GƏL ZİLƏ BAS...

 

"Xeberinfo.com":   (bəhri təvil )
Biz ki, bizik qardaş olaq, sirdaş olaq, dil birliyi çağdaş olaq, dərd dağıdaq, dərddaş olaq. Biz düşünək, eyni yolda bir düşünək,sorğu budur,bu yolda biz nə etmişik? Çayda -suda təmizlənib sadaş olub, oturanda bardaş qurub, dil də, uzun malbaş olub, biz ki, bizi itirmişik, dağa-daşa qaçaq düşüb, daşda toxum bitirmişik. Bu daş bizi çox əzəcək, bizdən ötüb çox gəzəcək, düşmən oyaq himə bənddi çox əzəcək, kim, kim olub, cəsarəti olsa peşə, əzilməmiş söz deməmiş çox bezəcək. Bu işdə biz xam olmuşuq, yanan olub şam olmuşuq, biz də, bizə xoş olmadı üz çevirdik, nə itdisə, nə getdisə bizdən uzaq dəydi bizə. Kim aldadır aldanırıq, ip ucundan sallanırıq, hal vuruban hallanırıq, balta kəsir dəymir bizə zollanırıq, həyat davam söyləyərək zorlanırıq. İnsanoğlu dil çıxarın, meydan bizim döyüşməyə fil çıxarın, zaman bizdən uzaqısa ayı qovub il çıxarın, səs də sizin, lal olmayın zil çıxarın. İçdən, içə qor qoyuban kül içində uça-uça yanmayın ha. Haydı-küydü eşitmədik sanmayın, əgər bu dərd bizimdisə, üzə düşüb danmayın ha, ocaq gurub, odunsuz da yanmayın ha. Çarə edin bu dərdlərə, şəhər bilir, boğaz yanır qəhər bilir, gün doğmamaş səhər bilir, kənddə, kəndçi kəslərə, ayıl deyək səslənək, biz yox deyək bəslərə. Haqqını bil, haqqa tutaş, söz deyirəm gəl qulaq as. Yazı-pozu əlindəsə, gəl yem elə, bozbaşı yox, ye sən bir az qıymal aş, nə işdi bu kimsə deməz, unutma sən ürəkli ol gəl ZİLƏ bas..

 

TƏRANƏ ŞƏMS.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam