Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

DƏRDDƏN, DƏRDLİ ÜRƏYİM...

 

 

 

 

 

"Xeberinfo.com": Of ürəyim, of ürəyim! Yenə qəm pərilərini yığmısan başına, oturmusan taxtı-tacında.Məni dinlərmisən? Eşit məni ürəyim! Çox dalğınam. Bilmirəm, mənim qəstimə sən durmusan yaxud sənin məhvinə  fərmanı mən vermişəm. Bu məlul həyatın acılarından dolayı səninlə baş edə bilmirəm. Yığırsan dərdi-səri  tənha guşənin dərinliyinə çəkirsən çəkə bildikcə. Mən isə düşürəm açdığın qəm adlı yolun sorağına. Bacarmıram ürəyim,bacarmıram daha. Dolaşmışam dərd  adlı kələfə, gedirəm ümmana sarı, yoldaşımsa qəmdir. Sən seçdin ağır yolun köhlənsiz cəngəvərini ki, çapsın, yürüsün mənimlə ÜRƏYİM! Həyatin pislikləri toxunur mənə.Göz yuma bilmirəm. Çox çətindir sanki, yaşadıqlarım toxumu səpilib becərilməyən sahəyə bənzəyir. Mən səpirəm bu toxumları və bağbanı da sənsən. Əkirsən dərdi, biçənəyi qəmdir, cücərən kədərdir, suvaran mənəm göz yaşımla, səninləyəm sənsiz, öz başımla, vururam özümü öz daşımla. Ürəyim bağışla məni namərdəm,səni anlamıram, səninlə yanmıram, alışmıram. Bütün dərdləri yıxmışam sənin kiçicik,ümid gözləyən parçana. Sənə dost, sirdaş olası biri də yoxdur ki,  həmdəm edim ürəyim. Səni də özüm kimi tək-tənha qoydum mənəmmi,  günahkar durdum  qəsdinə? İttiham edirsənmi məni?  Dillənsənə, kükrəsənə daşsana, buraxma məni tənha ürəyim, gəl verək əl-ələ bu sədləri mənimlə aşsana.Çıxar məni bu qaranlıq dünyadan ürəyim. Ürəyim pərilərin yığılıb başıma , biri deyir sus, birisə məni gözəl həyatla təmasa səsləyir, qayna , qarış deyir bu gözəlliyə. Mən nə edim ürəyim rəvacı sən ver söz sənindir. Hansı yolu seçib gedim bitsin diləyim,  Eh...! Həyat sən nə qəribəsən: Gözəlliklər səndədir, yaşamaq gərək, baş edib yürümək, bacarmaq gərək! Amma, ürəyim hansı dərdi unudum, göz yaşımı necə qurudum, sənsizəm səninlə, səninləyəm sənsiz! Sənin naz edən pərilərin var, dolalanarlar başına,aşiqdirlər  kirpiyinə-qaşına, daşın da düşsə öz başına, əl açıb çıxacaqlar qarşına, səni qoymazlar yanasan, kösöv tək odlanasan.Of... ürəyim! nə qədər gileyliyəm səndən.Məni düşündünmü, heç, heç çəkdiklərimdən  üşəndinmi, üşüdünmü.Səndən kimə söz edim, özümə? Nə deyim bəs? Deyim bəlkə boşlayasan məni? Əlvida söylə mənə! Dinmə, danışma  sus, gəlməsin bir nida! İstərsən sənə mən söyləyim, vida? Ey ürəyim, ey ürəyim! Şərik oldunmu  tökdüyüm göz yaşlarıma. Görürsən? Səni də üzdüm, kəlmə-kəlmə ilmələrə düzdüm, yığıldın açıldın, qopa bilmirsən məndən, mənli kədərdən. Bəhs etdin mənə “Mənim”dəki hədərdən. Boş, hər şey boş, yaşamaq deyil mənə xoş, sadiqəm ürəyim, ömrüm var olunca sənə səndən söz edəcəm, öyrədəcəm sənə azacıq da olsa biganəliyi amma səninlə sənsiz.Biz səninlə ürəyim sirdaş kimi çox,lap çox biz- bizə həmdəm, dost olasıyıq dərdinə sığınan, dərdən dərdli  Ürəyim!!!


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam