Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İkili


 

İkili

 

(İçsəs)

                                                         

  "Xeberinfo.com": Yaşam – dünyanın bizə güzəşti, ölüm – dünyanın bizə güzəştsizliyidir.

***
Hər şey dünyada ikilidir (öz əksilədir): qorxmaz olduğunda qorxu haqqında düşünməzsən, qorxduğunda  qorxmazlığı diləyərsən.

***
Özünə qarşı ədalət istəyəndə başqasına edilən ədalətsizliyi görməzsən. Özünə qarşı ədalətsizliyi görəndə başqasına edilən ədalətə qısqanarsan.

***
Kamilləşməyən – dünyada hər şeyi ikili (öz əksilə) yaşayır: yarıinamlı – yarıinamsız, yarımənəviyyatlı – yarımənəviyyatsız, yarıyaxşı – yarıpis, yarıadam –  yarıinsan...

***
Qorxaq –  təhlükəni gözləyir, qorxmaz –  təhlükəni ötür.

***
Təhlükəni gözləmək – onun olacağına inanmaqdır, təhlükəni ötmək – onu saya salmamaq, ondan üstün yaşamaqdır.

***
Qorxunu ötmək – qorxulu saydığına, bildiyinə qorxu, təhlükə olmaqdır.

***
Özüylədöyüş kimi heç nə insanı arındıra bilməz.

***
Şərə qarşı döyüşməyincə xeyir olduğunu bilməzsən.

***
Qorxuya qarşı döyüşməyincə qorxmaz olduğunu bilməzsən.

***
Yalana qarşı döyüşməyincə həqiqətçi olduğunu bilməzsən.

***
Ədalətsizliyə qarşı döyüşməyincə ədalətli olduğunu bilməzsən.

***
Adamlığa qarşı döyüşməyincə insan olduğunu bilməzsən.

***
İkili yaşayan –  ikiüzlü yaşayandır.

***
Məna, həqiqət üstə yaşayan – birüzlü yaşayandır.

***
Yanlışı özünə bağışlamaq – onu özünə doğma bilməkdir.

***
Başqası üzərində uğura can atmaq – yenikliyə can atmaqdır.

***
Öz üzərində uğura can atmaq –  rəqibsizliyə can atmaqdır.

***
Kimsəylə yarışmamalı, kimsəni yenməməli, kimsəyə yenilməməli!

***
Öz gerçəkliyini ötməyən –  gerçəkliyi ötə bilməz.

***
Kamilləşmək –  öz gerçəkliyini ötməkdir.

***
Atamız var olsun!

 

7 Od 36-cı il.

(7.7.2014).

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam