"Space” telekanalında yayımlanan "Hər gün” xəbər proqramı müğənni Fədayə Laçınla bağlı süjet hazırlayıb.
Yenixeber.org: Məlumata görə, verilişdə sənətçinin 2015-ci ildə qonaq olduğu "Məhəbbət əhvalatları” proqramındakı görüntüləri yayımlanıb.
Məlum olub ki, Fədayə bu gün öldürülən "Qoca” ləqəbli avtoritet Etibar Məmmədovla uzun illərdir sevgili imiş. O, sevgilisi haqqında bu etirafları edib:
"Bilirsiniz, bizi nə ayırdı? Bizi dəmir barmaqlıqlar ayırdı. O, getdi həbsxanaya, qara zindana düşdü. Biz heç qovuşmadıq. Bir dəfə xəstəxanada yatırdı. Yanına gedib-gəlirdim. Ürəyimdən keçdi ki, yanında qalım, özü də buna icazə verdi. Onda yanında qaldım. Ən xoşbəxt günlərimi onda xəstəxanada yaşadım”.(publika)