Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Vəzifə hərisi

Fərman Kərimzadə anıldı

 

  Xeberinfo.com:  Elmi Tədqiqat İnstitunda şöbə müdiri yeri boşalmışdı. Gülverdi Məmişov boşalmış yerə müdir keçmək istəyirdi. Bu haqda bir neçə dəfə institun direktoru Səfər Gözəlova ismarınc da göndərmişdi.Amma aradan aylar keçməyinə baxmayaraq Səfər müəllimdən səs-soraq çıxmamışdı. Məmişov hövsələsini basa bilməmiş,həftənin ilk iş günündə tezdən özünü salmışdı Gözəlovun kabinetinə.Lakin onu kabinetində tapmayıb narahatçılıqla katibədən soruşmuşdu:- Gözəlov işə gəlməyib?

Katibə:- Yox, Gözəlov xəstədir. Bazar günü vəziyyəti ağır olub,təcili yardımla xəstəxanaya yerləşdiriblər.

- Bilmirsən hansı xəstəxanada yatır?

   Katibə Səfər müəllimin hansı xəstəxanada yatdığını Gülverdi Məmişova yerli- yataqlı başa saldı. Məmişov katibənin yanından güllə kimi çıxdı, arvadı Güldəstəyə sevincək zəng elədi: - Arvad,mənim şöbə müdiri keçmək üçün gözəl imkan yaranıb. Gözəlov dünəndən xəstəxanada yatır. Mən evə gələnə kimi yaxşı yemək- içmək hazırla, gedirik yanına.Bir də xalatını, damaşnikini də götürməyi unutma.

- A kişi,mən ora yatmağa gedirəm, yoxsa xəstə yoluxmağa?

- Ay qız, çox danışma, həmi ondan,həm də bundan.

- Heç nə başa düşmədim?

- Ay rəhmətliyin qızı,burda başa düşülməyəcək nə var ki, Gözəlova qulluq eləmək üçün gecə onun yanında qalmanı təklif edərik. Nə isə, çox danışmağa vaxt yoxdur. Sən hazırlıq gör, mən də indi gəlirəm. Kişi dünəndən yatır, biz hələ ona "keçmiş" olsun deməmişik.

  Məmişov telefonu söndürüb bic-bic güldü:- Deyəsən işim düzəlir ha.- dedi.    

   Məmişov inistutda gəzən söz-söhbətdən bilirdi ki, Gözəlov şorgözün, arvadbazın biridir. İnstitutda tamah salmadığı, göz yetirmədiyi qadın qalmayıb.Hətta iş o yerə çatıb ki,bu hərəkətinə görə arvadı ondan boşanıb.Səfər qalıb tək-tənha.

Məmişov arvadına dediyi vaxtdan da tez evdə oldu.Gülzar Gözəlova aparılacaq sovqatı çoxdan hazırlayıb ərini gözləyirdi.

  Gözəlov Məmişovun arvadıyla ona baş çəkməyə gəlməyindən çox sevindi. Bəlkə də son vaxtlar bu qədər ürəkdən sevinməmişdi.O,Gülzarı yaxşı tanıyırdı, bir neçə dəfə məclislərdə bir yerdə olmuşdular, hətta bir neçə dəfə rəqs də etmişdilər.Ona görə də çox isti görüşdülər, bir-birindən hal-əhval tutdular. Hal-əhval mərasimi başa çatandan sonra Gülzar gətirdiyi çeşid-çeşid nemətləri mizin üstünə düzdü.

- Səfər qardaş, dünəndən ev xörəyi yemirsiniz,buyurun,isti-isti yeyin. Nuş elən.-deyib Gözəlovu süfrəyə dəvət etdi.

 Gözəlov çoxdanın acıymış kimi yeməyə girişdi, sonra da Gülzarın böyük sevgi və işvəylə süzüb qabağına qoyduğu mürəbbəli çaydan içib ziyarətçilərinə böyük təşəkkürünü bildirdi.

  Yemək-içmə məclisinin bitməsindən istifadə edəm Məmişov Gözəlova:

-Çox hörmətli Səfər müəllim,sizin xəstələndiyinizi eşidən kimi Gülzar xanımla qərara gəldik ki, sizin tezliklə sağalıb ayağa durmanız üçün Gülzar xanım bir bacı kimi qulluğunuzda dursun, yeməyinizi- içməyinizi versin.-dedi və bir balaca danışığına ara verib Gözəlovun cavabını eşitmək üçün gözlərini onun üzünə dikdi. Gözəlov şirin-şirin gülürdü.Məmişov həsrətlə drektorunun cavabını gözləyirdi.Ona görə də Gözəlovdan soruşdu:

- Nə deyirsiniz?

 Gözəlov ürəyindən keçən bir təklifə yox deyə bilərdimi? Yox, deyə bilməzdi.Ona görə də:- Gülzar xanıma əziyyət olar.-dedi.

-Səfər müəllim,nə danışırsınız, bu bizim üçün əziyyət yox,şərəf olar.-deyə Məmişovla arvadı xorla cavab verdilər.

- Siz ikiniz bir yerdə razılıq vermisinizsə mən kiməm ki,bir söz deyəm?- deyə Səfər müəllim müsafirlərinə bildirdi.

 Məmişov sevincək:

- Səfər  müəllim,icazənizlə mən gedim. Siz də tez sağalın, böyük bir kollektiv həsrətlə yolunuzu gözləyir.-dedi və xüdafisləşib getdi.

Palatada xəstə Səfər Gözəlov və "bacısı" Gülzar qaldı.Bir neçə gündən sonra Gülzar xanımın "sevgisi" və qayğısı sayəsində Gözəlov işinə döndü. Elə bu ərəfədə instita yoxlama gəldi, Gözəlovu vəzifə səlahiyyətlərini aşdığına. kadırları düzgün yerləşdirmədiyinə,ən əsası isə əxlaq normalarını pozduğuna görə direkturliqdan azad olundu.

  Xəbər Məmişovu ildırım kimi vurdu.İki əlli başına bir qapaz saldı və dizi üstə çökdü:

- Kül mənim başıma, vəzifə axtarırdım, ara yerə namusumu da itirdim.-dedi.

   Güya Məmişovun namusu,kişiliyi vardı?!

 

                                      

Məhərrəm Şəmkirli 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam