Redaktor seçimi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı siyasi klub kimi -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

Ad və Anlam

 

 

Dünyanı bilmək – gerçəkliyi tanımadan başlayır

 

"xeberinfo.com": Gerçəkliyi tanımaq – ondakı ayrı-ayrı olayları, varlıqları adlandırmaq –  anlamlandırmaqdır.

***
Gerçəkliyin adlandırılması – gerçəkliyin anlamlandırılmasıdır.

***
Ad vermək – anlam verməkdir, anlam verməyin başlanğıcıdır.

***
Varlığın adı nədisə – anlamı da odur.

***
Adına uyğun gəlməyən – anlam yoxdur.

***
Anlamına uyğun gəlməyən – ad yoxdur.

***
Gerçəkliyin özü və adı – anlamın biçimidir.

***
Adlandırma – gerçəkliyə görədir, anlamlandırma – gerçəkliyin mahiyyətinə görə.

***
Ad təkcə gerçəkliklə yox, həm də gerçəkliyin mahiyyətilə bağlı olur.

***

Ad – varlığın bütöv obrazıdır, biçimidir: həm gerçəkliyin, həm mahiyyətin.

***
Adsız – varlıq yoxdur, varlıqsız – ad yoxdur.

***
Adsız və varlıqsız anlamlandırma yoxdur.

***
Hər bir varlığın adı – həmin varlığın anlamına girişdir, açardır.

***
Ad verdiyin – anlamlandırdığındır, anlam verdiyin –  adlandırdığın.

***
Adlar, sözlər – nisbidir, anlamlar – mütləq.

***
Adlar, sözlər – varlığın, gerçəkliyin açımı, izahı, anladılmasıdır.

***
Ad – anlamlı sözdür. Dildə anlamı olmayan söz – yoxdur.

***
Adını bildiyin –  açımını, anlamını bildiyindir.

***
Varlıqların, olayların adlarını öyrənmək –  onların açımını öyrənməkdir.

***
Nədən danışırıqsa, onun anlamını açırıq, izah edirik.

***
Cümlə – anlamlı sözlər birliyidir: cümlə başlayır – anlamlandırma başlayır, cümlə bitir – anlamlandırma bitir.

***
İnsan yaşamı – varlığı adlandırmaqla anlamaq və anlatmaqdır.

***
Atamız var olsun!

 

9 İşıq 36-cı il.

(9.5.2014).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam