Elnur Abdullayevin rəhbərlik etdiyi "Global Media Group"da (GMG) qeyri-müəyyən vəziyyət hökm sürür.Yenixeberorg: Apardığımız müşahidələr nəticəsində məlum olub ki, holdinqin rəsmi internet səhifəsi olan gmg.az bir neçə saatdır fəaliyyəti dayanıb.


Maraqlı məqam ondan ibarətdir ki, problem təkcə əsas saytla məhdudlaşmır; qrupun tərkibinə daxil olan "Global Management" autsorsinq şirkətinin rəsmi səhifəsi (management.az) də hazırda əlçatmaz vəziyyətdədir.
Hər iki domen adının qeydiyyat məlumatlarına nəzər saldıqda, onların Büniyatzadə Ziya Ziya oğlunun adına rəsmiləşdirildiyi görünür.
Şirkətin tarixçəsi və rəhbərlik dəyişiklikləri
Dövlət Vergi Xidmətinin (DVX) açıq mənbələrindəki kommersiya məlumatları "Global Media Group" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1503865131) haqqında bir çox maraqlı faktları üzə çıxarır. Nizamnamə kapitalı cəmi 20 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 75, mənzil 602 olaraq qeyd edilib. Şirkətin tarixi 8 dekabr 2017-ci ildən, "Azeripro" MMC adı ilə qeydiyyatdan keçməsi ilə başlayır.
Daha sonra, 18 oktyabr 2018-ci il tarixində adı dəyişdirilərək "Global Media Group" MMC-yə çevrilib. Yarandığı gündən bəri bir neçə dəfə qanuni təmsilçi dəyişikliyinə məruz qalan şirkətin idarəçiliyində 21 mart 2026-cı il tarixindən etibarən birbaşa Elnur Nazim oğlu Abdullayev özü təmsilçi kimi çıxış edir.
Qeyd edək ki, qanuni təmsilçilər siyahısında E. Abdullayevdən öncə domenlərin sahibi kimi görünən Büniyatzadə Ziya Ziya oğlunun da adı yer alıb.


Belə ki, "Global Media Group" MMC press-relizlərin yayımı üçün elan olunan tenderlərdə çox vaxt "Global Promo" MMC ilə birgə və ya bu şirkət üzərindən çıxış edir.

11 sentyabr 2024-cü il tarixində təsis edilən "Global Promo" MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir və qanuni təmsilçisi Əlləzli Kəmalə Siyavuş qızıdır.
Keçmişindəki FETO QALMAQALLIXatırladaq ki, istər Türkiyə, istərsə də yerli mediada gedən məlumatlarda Elnur Abdullayevin adı FETO-çu olmaqda hallanıb. O Türkiyə mediasında "FETO İMAMI" kimi qələmə verilib.

Həmçinin Mediada gedən məlumatlarda, Elnur Abdullayevin əmisinin həyat yoldaşı ilə də qalmaqall bir vaxtlar gundəmdə idi. 2019-09-12 tarixində yayılan xəbərdə əfv fərmanından sonra azadlığa buraxılan Təyminə Abdullayevanın eyni epizodlar üzrə yenidən Nərimanov rayon Məhkəməsində hakim qarşısına çıxarıldığı bildirilir. T.Abdullayeva bu prosesin arxasında mülk davası dayandığını və əsas təşkilatçının qaynı, "NNN” Şirkətlər Qrupunun prezidenti Nazim Abdullayev olduğunu iddia etmişdi. O, keçmiş həyat yoldaşı Barat və qaynı Nazim Abdullayevi mülkiyyət hüquqlarından imtina etməsi üçün onu ölümlə təhdid etməkdə və saxta ittihamlar qurmaqda günahlandırırdı. Müsahibəsində Nazim Abdullayevin əsl gücünü FETÖ şəbəkəsindən aldığını deyən Təyminə Abdullayeva, onun oğlu Elnur Abdullayevin bu təşkilatın Azərbaycandakı "gizli imamı" olduğu barədə ciddi iddialar səsləndirir. Yazıda həmçinin Elnur Abdullayevin vəzifədən uzaqlaşdırılması və media layihələri vasitəsilə FETÖ maraqlarına xidmət etməsi şübhələrinə toxunmuşdu.("32gun.az"