Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

SEVDİRƏ BİLMƏZSƏN...

 

Xeberinfo.com:  
Ay nadan, özünü niyə danırsan?
Özgə qapısında nə yalmanırsan?
Bəxtiyar VAHABZADƏ
Keçdi qərinələr,
keçdi əsrlər,
bu dünya neçə yol baş-ayaq oldu.
Bizim içimizdə nakəs- namərdlər
Bəs necə doğuldu?
Nə sayaq oldu?
...Çay coşur, 
sel gəlir,
ildırım çaxır...
Ölüm yuxusuna dalıb yatırıq. 
Ayılsaq, 
gedirik suyun üzündə, 
Özgəyə tələsik kəndir atırıq.
Bir xalqı məhv edər
bir kəlmə söz də
Ox geri qayıtmaz çıxsa yayından.
Qapının iti də süləngidirsə,
əl çəkməz qonşunun tula payından.
Artır çayır kimi,
kəsilmir kökü...
Namusu hərraca qoyub satan var.
Özü qucaqlayıb
sönük ocağı,
özgə ocağına odun atan var.
Ələkdən.
xəlbirdən keçirsən belə,
açılmaz içinin paxırı, pası.
Yeddi qat əyilsə yadın önündə,
o zaman bilinər
yeddi arxası!
Torpağı candərdi əkib becərsən,
Sübülü dən olmaz!
Sirri şumdadır!
Qadının bətni də torpaq kimidir,
Günah kişidədir--
haram tumdadır!
Üzdür süd gölündə
gecəbəgündüz,
Döndər sərvətini əlçatmaz dağa.
Sevdirə bilməzsən
yazıq Vətəni,
sevdirə bilməzsən
yalaq-yaltağa!
Keçdi qərinələr,
keçdi əsrlər,
Bu dünya neçə yol baş-ayaq oldu.
Bizim içimizdə nakəs-namərdlər
Bəs necə doğuldu?
Nə sayaq oldu?

 

ETİBAR ETİBARLI


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam