Redaktor seçimi
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Günün xəbəri

“YIXILMAYIN”

 

Xeberinfo.com:  Hörmətli oxucular! “YIXILMAYIN” müxəmməsi üzərində işləməyim səbəbsiz deyil. Hər bir yazar yazdıqları haqqında əvvəlcə ətraflı düşünür və onu yazmağa vadar edən səbəblərlə yüklənmiş olur. Hər şeydən əvvəl yazmaq yazanın geni, ictimai, şəxsi həyatda baş verən hadisələrlə və onda olan idrakla sıx əlaqədardır. İdrak “Obyektiv gerçəkliyin insan beynində əks etdirilməsi və onu haqqında dürüst bilik olmasından ibarət fəal ictimai praktik proses” kimi izah edilir.

Hamı kimi mənim də tam yox, bəzi cəhətlərini “təriflədiyim” Sovetlər birliyi dönəmində insanların müalicəsinə və təhsilə küllü məbləğdə vəsait ayrılır və cəmiyyət bu kimi xərclərdən azad edilirdi. İnsanlar bu sahələrdə xırda-para xərcləri ödəməkdə isə elə bir çətinlik çəkmirdilər.

İnsan dərkini və şüurunu min il qabaqlayan sosializm cəmiyyəti düzgün ictimai quruluş olsa da, qanla qurulduğundan və rus şovinizmin inadkarlığı səbəbindən dağılmalıydı və dağıldı da.

Bəs Müstəqil olduğumuz bir dönəmdə həmin sahələrə tələb olunan xərcləri ödəyə bilirikmi? Axı indi müalicə pulludur. İki yüz manat təqaüd və ya həmin məbləğdə əmək haqqı ilə bir neçə min manat tələb edən müalicə xərclərini ödəmək ağıla sığmazdır. 78 illik ömrümdə ağır xəstəliklə və əməliyyatla qarşılaşmışam. Mən bir neçə dəfə zərblə yerə dəysəm də və bu yerə dəymələr 4-6 ay müddətində mənə olmazın əzab versə də xəta-balasız ötüşmüşdür. Dördüncü dəfə yerə çırpılmağım çanaq sümüyü ilə bud sümüyü qovşağında çat verməsi ilə başa çatdığından xəstəxanaya düşəsi oldum. Ağrının dəhşətindən kövrəlir, gözümdən yaş sel kimi tökülür və bir dəfə huşumu itirib özümə gələndən sonra cismimə ancaq ölüm arzulamışdım. Məni bəladan qurtaran və maliyyə cəhətdən köməyimə  alim dostlarım, bacılarım, baldızım, ən çox əziyyət çəkib qulluğumda duran oğlum Rəşid olmuşdu. Etiraf edim ki, bu on nəfər olmasa idi mən dünyamı çoxdan dəyişmişdim. Bu ağır günümdə köməyimə çatanlara dönə-dönə razılığımı bildirirəm.

Son olaraq haqqa gəlib onu deyə bilərəm ki, mövcud Hakimiyyət qurulu dövlətini və əhalisini bəlalardan- ağır xəstəliklərin ağır xərclər tələb etməsindən, işsizlikdən, ərzaq məhsullarının və tibbi preparatlərının satışının  gündən günə bahalaşmasından, idarəetmədə zorakılıqdan və qohumbazlıqdan, artan cinayətkarlıqdan, dövlət əmlakının mənimsənilməsindən, millətin və iş adamlarının talanmasından, rüşvətxorluqdan, səmərəsiz elmi müdafiələrdən (plagiatlıqdan)... daim güclü surətdə mühafizə etməlidir ki, Müstəqilliyimiz möhkəmlənərək əbədiləşsin.

Bütün bu qeyd edilənlərlə yanaşı Azərbaycan iqtisadi, siyasi və hərbi sahədə əməkdaşlığını ABŞ-la, və ətrafıyla daha da möhkəmləndirməlidir ki, gələcək inkişaf yollarında heç bir çətinliklərlə qarşılaşmasın.       

YIXILMAYIN

Müxəmməs

Yıxılmaqdan uzaq durun, sağlam olun, ey insanlar,

Xəstəlikdən kənar olun, xoş gün görün,  ey insanlar,

Bəd nəzərdən uzaq gəzin, xoşbəxt olun, ey insanlar,

Göz baxmadan yol seçməyin arif olun, ey insanlar,

Məqsədiniz rifah olsun qoy sizlərin, ey insanlar.

 

Can alanla qucaqlaşdım nəfəsimi kəsəmmədi,

Fitnəsiylə qarşılaşdım gözlərimi yumammadı,

Hər zoruyla cox vuruşdum ürəyimi sıxammadı,

Xilqətiylə düşünüşdüm mənliyimi yenəmmədi,

Qamətiniz əyilməsin qoy sizlərin, ey insanlar.

 

Əsdim, əsdim üzgünləşdim,  ayaq üstə durammadım,

Sındım, çökdüm ağırlaşdım mənzilimə çatammadım,

Durdum, doldum fağırlaşdım, ətrafıma baxammadım,

Sızıldadım, alovlandım, əzab, dərdə dözəmmədim,

Çırağınız şölələnsin qoy sizlərin, ey insanlar.

 

Ölüm gördü bəd çağladı, dəstəyinə qalammadı,

Ölüm pörtdü qəm bağladı, muradına qalanmadı,

Ölüm çökdü qan ağladı, istəyinə varammadı,

Ölüm söndü dərd ağladı, sevgisinə yanammadı,

Varlığınız dərdsiz olsun qoy sizlərin, ey insanlar.

 

Səksən illik həyatımda dördüncüydü yıxılmağım,

Çanaq-sümük sınığında möcüzəydi yaşamağım,

İki dostum çatdı dada, söykəyiydi -səcdəgahım,

Yeyin oğlum, tək baldız da, yananıydı- ümidgahım,

Xilqətiniz mayak olsun qoy sizlərin, ey insanlar.

 

Altı bacım mərd dayağım, Anamıydı yaradanım,

Ömrüm, günüm arxa dağım, köməkiydi Qulularım,

Vardan keçdi yaxınlarım, ünvanlandı küllü yardım,

Xatırladı  arxadaşım, unutmadı sadiqlərim,

Dostlarınız alim olsun qoy sizlərin, ey insanlar.

 

Bir balaca əməliyyat tələb edir üç min manat,

Hər bir aya varlı dövlət bəxşiş verir cüt yüz manat,

Toleranta yoxsul həyat bəsincədir neylir talant,

Təqaüdə desə barat yaşamağa yoxdur qarant,

Ümidiniz Tanrı olsun qoy sizlərin, ey insanlar,

Dərk etmədən yol tutmayın, yıxılmayın, ey insanlar.

 

 Lüğətdə tolerant sözü- dözümlü, barat sözü-pul kimi izah olunur.

 

           

Quliyev Elxan Sarı o.                              20.02.2016-cı il


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam