SƏLİB YÜRÜŞÜNÜN İTLƏRİ
VƏ ƏMR GÖZLƏYƏN “BORDO BERELİ”LƏR
Xeberinfo.com: Bu gün TÜRKÇÜLÜYƏ və İSLAMA qarşı formalaşan koalisiyanın bütün jestləri onları həm də öz eybəcərliklərinə və öz axmaqlıqlarına baxmağa, bu sərsəm gedişlərin bədəlini ödəməyə vadar etməkdədir. Faktiki olaraq gedən ÜÇÜNCÜ DÜNYA SAVAŞI və başlanan növbəti SƏLİB YÜRÜŞÜndə əsas hədəf TÜRKİYƏ VƏ TÜRKÇÜLÜKDÜR. Artıq bu proses özünün həlledici mərhələsinə qədəm qoymaqdadır. Amerikanın sifarişiylə çalınan havada alkaş Rusiya da öz “məharəti”ni, “gücü”nü göstərmək eşqiylə ekstaz vəziyyətdə davranmaqdadır. Türkçülüyə qənim kəsilənlər də bundan cəmiyyətə “Rusiyanın gücü” xofunu aşılmaq istəyirlər.
“Rusiyanın gücü” belə böyük idisə nədən "Soyuz" orbital stansiyasını yerə endirdi? İndi axı ulduzlararası müharibənin qorxunc reallığı var. Yaxud, nədən Rusiya Əfqanıstanda, Qərbi Avropada, Yaxın Şərqin digər ölkələrində duruş gətirə bilmədi? Sadəcə olaraq, Suriya Rusiya imperiyasının əlində sonuncu qala olduğu üçün indi bütün gücünü ortalığa qoyub. Necə ki, bir iti qovub küncə dirəyirsən ha, həmin anda o it səndən qorxsa da, qorxmasa da, tərpənən kimi sənə diş atacaq. Indi SURİYA həmin KÜNC və RUSİYA da həmin İTdir. Lazim gəlsə Rusiya atom bombasından da istifadə edər, təki Suriya əldən getməsin. Acınacaqlı haldır ki, bu gedişatda Amerika və Qərb dünyası Rusiyaya hədəf qisminda Türkiyəni tora salmaq istəyirlər. Kimisi Türkiyəni şirnikləndirir, kimisi də qıcıqlandırır. Türkiyə va Türk Dünyası hər iki hala tüpürməli, ancaq va ancaq öz sınırlarını göz bəbəyi kimi qorumalı, haqqını hec kimə yedizdirməməlidir. Necə ki, helikopter olayında Türkiyə ruslarin anasını haqq edərək ağlatdı. Və indiki durumda da meydandan qaçmağa meyilli olan tərəfdaşlara Türkiyə tərəfindən öz haqqını heç kimə verməyəcəyilə bağlı sərt təpki və mesay göndərilməkdədir.
Və bu mesayda həm də bir çağırış var Türk Dünyasına – AKP iqtidarının ərəblərə sıcaq münasibətdə bulunmaqla unutduğu Türk Dünyasına....
Və bu mesayda həm də bir çağırış var Türk Dünyasına – AKP iqtidarının bizi istəməyənlərin istəyincə Qurtuluş Günümüz olan ERGENEKONu terrorist fobiyası ilə damğalayıb, sonradan o Günü qəlblərində yaşadan 350 milyonluq Topluma…
Çeçenistanın mərhum prezidenti rəhmətlik CÖVHƏR DUDAYEV və onun səhra komandiri ŞAMİL BASAYEV yadınızdadırmı? Rusiyanın bütün növ qoşunlarını diz cökdürmüşdülər. Ruslar brcə atom bombasından orada istifadə etmədilər. Halbuki, bu adamlar elə o zaman da deyirdilər ki, "biz iki saata Qroznını götürəcəyik", ""Alfa" qrupumuz var, dünyanı lərzəyə salan, Əfqanıstanda şah sarayını götürəndə belə bircə dənə də olsa itki verməyən…"...Sonucda nə oldu? Təkcə Budyonovskada yarım saatın içində Basayevcilər "Alfa" qrupunun 4 "gözəgörünməz"inin gözlərini ovub öldürdülər...
Hansısa “rusun gücü” xofunu yaratmaq lazım deyil. Ancaq türklər haqqında özləri deyil, başqaları vurğulayıb ki, "sakının, onlara toxunmayın!". Yaxın tariximizdə TANSU ÇİLLƏRin diliylə "o bayraq yenəcək, türk bayraği dalğalanacaq!" əmrini TÜRKÜN BORDO BERELİSİnin hansı səviyyədə gerçəkləşdirdiyinin şahidi olmadınızmı?!
Ötən əsrin əvvəlində 9 xristian ölkəsinin bayrağını İstanbuldaca yerə kömən BÖYÜK ATATÜRK də belə etmişdi...
Kiçicik bir qüvvə ilə Çini mühasirəyə alan TÜRK XAQANInın öz vəzirinə cavabını necə xatırlayırsınızmı? Vəziri Ona "xaqanım, bunların sayıyla müqayisədə bizim sayımız çox azdır, siz nə düşünürsünüz?" deyəndə, cavab lakonik olur. Xaqanımız "düşünürəm ki, mən bu qədər çinlini hara basdıracağam!?" deyir...
Siz də rusun bombalarına aldanmayin. Türkün Ruhu qarşısında hec bir güc duruş gətirməyib və gətirməyəcək də!
Millət vəkillərimizdən olan QƏNİRƏ xanım PAŞAYEVA demişkən, "Türkiyə bizə vətənimiz qədər vətəndir" və bu sözün arxasında 350 milyonluq bir Türk Dünyası dayanır.. Yetər ki, alcaqların xəbis niyyətincə Türkiyə Suriya adli cəhənnəm sakininə cevrilməyə.....
11 KM-LİK SƏRHƏDDİMİZ, BİR DƏ DAVUDOĞLU HƏQİQƏTİ
Davudoğlunun qənaətində qeyri-səmimilik axtaran bəzi dostların menyüsünə: Putin Xəzər dənizindən Suriyanı vuranda (özü də komandiri Azərbaycan türkü olan gəmidən) kimlərə və hansı mesayı verirdi? Bu zərbədə hansı hərbi strateji kursun konturları görünürdü?...Türkiyə münasibət məsələsində türkü istəməyənlərin istəyincə çıxışlar edənlərə bir xatırlatma: Bəylər va xanımlar, kecmişdə Türkiyənin Azərbaycan üçün etdiklərini mən bir yana qoyuram, onsuz da sizlər buna min don geyindirəcəksiniz. Sadəcə olaraq, yaşadığımız 1988-ci ildən ta bu günədək olan dovrü saf-cürük edək. Bu, Türkiyə, o da sizlərin Rusiya va İranınız....
“Azərbaycanın Türkiyə ila 11 km-lik sərhəddinin OSMANLInın və ONLARIN PARALARI hesabına əldə edilməsi tarixi”ni bilirsinizmi? Və zəhmət olmasa bununla paralel olaraq Naxçıvanın Azərbaycandan uzaq salınması üçün ərazilərimizin zorun söykəndiyi diplomatiyanın gücüylə ilhaq faktını da göz önünə gətirin. Əzizlərim, həmin 11 km-lik sərhəd olmasaydı, bugünümüzün gerçəkliyini təsvir edə bilərsinizmi?..
Mən onu bilirəm ki, bu gün hec bir qüvvə, hec bir ideoloyi maşın, hec bir qorxu, hec bir təhdid, hec bir şirnikləndirmə, insanları yolundan sapdırmağa hesablanmış heç bir yanlış informasiya Türk Birliyinə, Türk Bütövləşməsinə xələl gətirə bilməyəcək. Eynilə İSLAM DİNİNƏ QARŞI faktiki olaraq gercəkləşdirilən NÖVBƏTİ SƏLİB YÜRÜŞÜ də heç bir nəticə verməyəcək...Qərb ölkələrində qəbul edilən qanunların əxlaqsızlığa söykənən sərtliyi nə qədər olursa-olsun, Avropanın özündə belə müsəlmançılığı qəbul edənlərin sayı günü-gündən artmaqdadır. Adamlar düşünərək, dərk edərək bu yolu seçmədədilər. Çünki islamiyyətdə xristian dünyasının formalaşdırdığı, maliyyələşdirdiyi İŞİD kateqoriyasında olan terrorist təşkilatların gerçəkləşdirdikləri zorakılıq, əxlaqsızlıq yoxdur. Qərbin marionetkası olan bu terrorist təşkilatlar etdikləri zorakılıqlarla islamı gözdən salmağa çalışsalar da, bundan zərrə qədər də olsa bizlərə ziyan gəlmir, əksinə əks effekt verir. Dünən təriqətçilikdən danışan bu gün birləşmənin bir zərurət olduğunu anlayır. Xristian dünyasının səlib yürüşü yenə də öz puçluğuna qovuşacaq. Çünki, o Dinin də, o Kitabın da qorunub saxlanılmasını Uca Yaradan öz bəndəsinə həvalə etməyib. Səbəb də bundan öncəki Kitablara yəhudilərin, xristianların əxlaqsız yanaşmaları olub. Bunu dərk etmək lazım. Və onu da dərk etmək lazımdır ki, artıq islam göbək rəqsi oynayan quşbaz ərəblərin, müsəlmana qılınc çalana "qardaşım" deyərək bütün zamanlarda islamiyyətdə təfriqəçiliklə məşğul olan farsların "dədə malı" deyil. İslam öz bəşəri mahiyyətini türkün ədaləti, türkün səmimiyyəti, türkün qayğıkeşliyi sayəsində dünyaya təqdim etmədədir. Keşkə bütün bu proseslərdə Türkiyə də Suriya adli Cəhənnəmin əbədi sakininə çevrilməyə.
Qərbli xristianlar oz dindaşları olan Rusiyanı da bir alət olaraq istifadə etdikdən sonra yararsiz hala salıb dərdləriylə baş-başa qoyacaq. Bəli, DAVUDOĞLU o məsələdə HAQLIDIR ki, Rusiya imperiyasının son dayanacağı Suriyadan sonra Azarbaycan ola bilər. Axı belə olan halda zatən Rusiya bütün ərazilərdən sıxışdırılıb cıxarılır, qalır bir Cənubi Qafqaz....
Tanrı Türkü qorusun! Tanrı 350 milyonluq Türk Dünyasının hələlik sayi 7 olan müstəqil dovlətlərini qorusun! Güvənc yerimiz olan Azərbaycanımızın bütün zamanlarda dayağı olmuş Türkiyəmizin yanındayıq!
“POLİQRAFLAR”A VERDİYİMİZ ÇÖRƏK VƏ MÖHTAC QALDIĞIMIZ SOĞAN
Biz Türkiyənin yanındayıq, ancaq bizimlə olmayanlar da var. “Olmayanlar” sırasındakılar RƏSULZADƏnin büstünün başına çuval keçirənlərdir, türkün mill-mənəvi dəyərlərini, RÜSTƏMXANLI kateqoriyasında olan FİKİR ADAMLARImızı bütün mümkün vasitələrdən istifadə etməklə cəmiyyətə hədəf qismində göstərməyə çalışanlardır. Türkü rusdan üzr istəməyə çağıranlardır. “Erməni xalqı bizim düşmənimiz deyil” deyənlərdir. Belələrini ən iyrənc adlarla çağırmağın özü belə onları şərəfləndirər. Onları öz adlarıyla cağırmaq lazımdır, onları dediyim kimi, başqa canlıların adıyla cağırıb şərəfləndirməyək. Artıq bu adamların adları bir yarqona cevrilib. Bu kəslərə məxsus xarakterlərin mahiyyətində laboratoriya sakini olmaq, öz gidişən yerlərinə əlini deyil, başını soxmaq yestini nümayiş etdirmək dayanır. Onlar MƏTBUATIMIZIN, SİYASƏTİMİZİN POLİQRAFLARıdır, etdiklərinə və danışdıqlarına gorə onlara hansı adı qoysanız, ondan həzz alacaqlar. Cünki GÜNÜMÜZÜN PREOBRAJENSKİLƏRİ onların iclərinə, icalatlarına bu fakturanı itələyiblər....Dəxli olmayan bir söz də deyim. Necə qəbul edirsiniz, edin, hec vecimə də deyil. XƏDICƏ ISMAYIL və onun kimiləri də mən coxunuzun qəbul etdiyi format olan "siyasi məhbus" kimi qəbul etmirəm. Yeri gəlmişkən, deyəsən POLİQRAFLARDAN BİRİ də axı elə ONDAN idi, həmcinin Yunuslar da - başqa şey fikirləşməyin haaa, "siyasi məhbus" tapıntısını nəzərdə tuturam. Həm də nəzərdə tuturam ki, görən nə vaxta qədər millətə xəz-dəri satana, deputat olana, nazir olana biz “qaçqın” olduqlarına görə “çörək pulu” verəcəyik- özümüz SOĞAN çörək yeyə-yeyə...
TÜRKÇÜLÜK və İSLAMİYYƏT ədəbaz davrananların onları üzlərinə, gözlərinə, özlərinə sığal-tumar vermək üçün əllərində tutduqları güzgüyə baxmağa dəvət edir. Onlarsa bu güzgünün parıltısıyla türkün, müsəlmanın gözlərini qamaşdırmağa çalışırlar. Belə olan halda türklərin həmin güzgünü sındıraraq qırıntılar üzərində eybəcərləri öz simalarına baxmağa vadar edəcəyi şəksizdir. SƏLİBÇİLƏR, yenə də “BİZ ÇANAQQALADA HƏRB ALLAHIYLA DÖYÜŞÜRDÜK” bidət ifadənizi işlətmək istəmirsinizsə, qınınıza çəkilin, qınınıza…..
İGİD TEYMURLU