Rusiya Azərbaycanda hərbi çevriliş hazırlayır
“Rusiya Ukraynada edə bilmədiyini Azərbaycanda edə bilər”.
"Xeberinfo.com": Bu sözləri Axar.az-a NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov Rusiyanın son günlə Qafqaza qarşı yürütdüyü siyasəti şərh edərkən deyib.
O, Moskvanın Azərbaycana təsirinin Qarabağ işğaldan azad olunana qədər davam edəcəyini bildirib:
“Rusiya keçmiş postsovet məkanı ölkələrini təsirində saxlamaq üçün yaratmış olduğu donmuş münaqişələr vasitəsi ilə, həmçinin, həmin ölkələrin daxilində etnik problem kartıyla öz varlığını sübut etməyə çalışır. Bu, Rusiyanın xarici siyasətinin əsas xəttidir. Burada qeyri-adi bir şey yoxdur. Diversiya əməliyyatlarının keçirilməsi də təbii ki, bu və ya digər formada Rusiyanın marağı, istəyi nəticəsində həyata keçirilir. Diplomatiyada buna təsiretmə deyirlər. Bu cur təsiretmə ilə psixoloji mübarizə aparırlar ki, qarşı tərəf hər zaman narahatlıq keçirtsin ve sonda çıxış yeri məhz böyük dövlətlər olsun. Belə proses həmin işğalçı dövlətin bu regionda qalmasına xidmət edir. Həm də orada ciddi siyasi basqıya səbəb olur. Hazırkı şəraitdə də bu proses təkrarlanacaq. Bu Qarabağ işğaldan azad olunana qədər davam edəcək”.
F.Məmmədov Rusiyanın Azərbaycanda kifayət qədər adamının olduğunu söyləyib:
“Rusiyanın son 23 ildə Azərbaycanla, ümumilikdə Cənubi Qafqazla bağlı işğalçı siyasəti də göz qabağındadır. Lakin burada əsas ciddi bir məsələ var. Rusiya Ukraynada edə bilmədiyini Azərbaycanda edə bilər. Söhbət Moskvanın Azərbaycanda həyata keçirmək istədiyi hərbi çevrilişdən gedir. Bu qaçılmazdır. Rusiyanın Azərbaycanda təsir etmə imkanları yetəri qədərdir. Guc sturkturlarında, hətta ölkənin siyasi xəttinə təsir etmək imkanı olan mühüm strateji yerlərdə Moskva öz adamlarını yerləşdirə bilib. Azərbaycanda demokratik cəmiyyətin qurulması və demokratik proseslərin sürətlənməsi qaçılmazdır. Bu artıq reallıqdır. Sadəcə müəyyən vaxt tələb olunur. Rusiya isə Cənubi Qafqazda demokratik və inkşaf etmiş dövlət istəmir. Buna görə də Azərbaycan daxilində olan gücü ilə demokratik proseslərə hərbi çevrilişlə cavab verəcək. Bu prosesdən qaçmaq üçün isə Azərbaycan NATO və Amerika ilə tərəfdaşlığını gücləndirməlidir”.