Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

BERMUD ÜÇBUCAĞI

 

Xeberinfo.com:  Birinci yazı

Bu mövzunu işləyəndə Cəlilabadlı Yavər Moranküllünün yazdığı şeirdə  “Ölümlə qonşuyam ölənə kimi” misrasını xatırladım. Mən təsərrüfatlarda işləyən müddətlərdə OBXSS və UBXSS-lə, Baş İdarədə isə MK-nın Xalq Nəzarəti Komitəsilə  daim qonşu olmuşam.Sovetlər birliyində bu kimi təşkilatların mövcudluğu və fəaliyyət göstərməsi mülkiyyətin-əmlakın tam dövlətə məxsus olmasından irəli gəlirdi.

Məqsədim həmin təşkilatları tərifə cəkmək yox, iş üsullarını indiki cəkili salahiyyət sahiblərinə xatırlatmaqdır. Onlar kütləvi təftişlərlə yox, harada dövlətin əmlakının  mənimsənilməsi olurdusa həmin sahəni idarə edən nazirliyin təftiş şöbələrinin iştirakı ilə araşdırma-təftiş aparırdılar. Bununla yanaşı həmin təşkilatlar təsərrüfatların istehsal fəaliyyətinə  agenturaları vasitəilə nəzarət  edirdilər.

Müstəqil dönəmdə  dövlətin idarə edilməsi necə təşkil edildi? Dövlətin idarə edilməsi  idarə etməni bilməyənlərə, qudalara,  harınlara, ixtisası ilə hesablaşmayanlara tapşırıldı.  MTN-in son naziri vəzifəsi OBXSS-in nümayəndəsindən təyin olunması idarə etməni dərk edən insanları təəccübləndirmişdi-OBXSS hara, Milli təhlükəsizlik hara.

Yaxşı yadımdadır, yerlərdən dərklilər ixtisası vəzifəsinə tam yad olanlara təyinat verlməsinə etiraz edəndə yuxarıdan ali şəxslərin biri tərəfindən “Ə nə ixtisas-ixtisas salmışsınız, indi müstəqillikdir”,- deyə kəskin cavab verildi. İndi bu cavabin nəticəsi göz qabağındadır. Görək “Jurnalist Araşdırmalar Mərkəzi” saytı nə yazır. “Eldar Mahmudovun restoranında “Matəm Günü”nü sayan olmayıb. 05.XI. 2015-ci il.

“Nar Şərab”da Yanvar  günü min manatlıq yeyib-içmək stolu açanlar olub.

JAM.AZ “Azinform.az” saytına istinadən xəbər verir ki,təqdim edilən dəqiq faktlardan görünür ki, Azərbaycan xalqının milli matəm günü (yanvarın 19-dan 20-sinə keçən gecə) “Nar Şərab” restoranında xüsusi ziyafət təşkil edilib və həmin məclisdə min manata yaxın “şot” verilib”. Bu yazıda unutqanlıq hakim dairələrə yarınmaq, girmək bir daha özünü göstərib.

Hakim dairənin bir şəxsindən bir dəfə belə bir diqtəni eşitdim: ”Biz müxalifət  qəzetini oxumuruq”. Kim sizləri məcbur edir ki, oxuyasınız? Oxumazsınız  bax beləcə milyardlar itirilər. İtirilən nəqd pul vəsaiti sizlərin deyil ki, yanıb töküləsiniz. Bu vəsait xalqdan oğurlanandır.

 Müxalifət gördüyünü yazır və yazdığının da məsuliyyətini daşıyır. 27.10.2015-ci il tarixli “Xəbərinfo.com” saytı yazır: ”MTN işi”nə baş bankirin də adı qoşuldu; Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbərliyinin ”Zaminbank” vasitəsilə ofşor zonalara torbalarla nağd pul göndərilməsinə Milli Bank rəhbərliyi illərlə seyrçi qalıb; “Zaminbank” haqda 3 il 8 ay öncə yazdıqlarımız bu gün təsdiqlənir...Bəzi mənbələrin iddialarına görə isə “Zaminbank” vasitəsilə Azərbaycandan hər gün qaçaq yollarla ən azı 50 milyon dollar nağd vəsait xaricə aparılır...Mətbuatın yazdıqlarına görə MTN-nin sabiq rəhbərliyi hava nəqliyyatı vasitəsilə indiyədək ölkədən qeyri-leqal yolla iki milyard pul çıxarıb... Ən maraqlı və diqqət cəkən məqamlardan biri də MTN-nin sabiq rəhbərliyinin illərlə davam edən qara pul əməliyyatına Mərkəzi Bankın rəhbərliyinin biganə qalmasıdır. Elman Rüstəmov vaxtında bu işlərlə bağlı ölkə rəhbərliyinə məlumat veribmi? Ola bilərmi ki, bu cür ciddi mövzuda nədənsə çəkinərək susqunluq göstərib...Yəqin ki, müstəntiqlər bu epizodlar üzrə Mərkəzi Bankın rəhbərliyinin ifadəsini alacaq”.

Azərbaycanın pul itkisinin bir ucu Monako knyazlığına, zorba ucu Luksemburq Hersoqluğuna, ən gizlin ucu Avstriyanın Mərkəzi Bankının banknot çap edən OeBS şirkətinə, digər ucu isə Gürcüstanın Batumi şəhərində yeni təşkil olunan kazinoya gedib çıxır. İsveçrə bankına pul qoyan də sonradan məlum olub. Araşdırmalardan və alınan məlumatlardan belə nəticəyə gəlmək olur ki, xəlifəliyin kök saldığı Mülli Təhlükəsizlik Nazirliyi respublikda əl atmadığı bir sahə qalmamış, ən iri 8 qollu dəhşətli osminoqa çevrilərək dövlətə və millətə təhlükə nazirliyinə çevrilibmiş.

Yeri gəlmişkən əvvəllərdə tamlığı ilə qeyd edə bilmədiyim bir sıra faktları cəm halda oxucuların nəzərinə catdırmaq istəyirəm. Özünü dünya miqyasında demokratiyanın dayağı hesab edib, dövlət quruculuğunda  gənc dövlətimizə saysız iradlar irəli sürən Avropa ölkələri insanları zəhmətsiz gəlrlərə alışdırıb-dadandırıb MANQURTa çevirməyin  üsullarına geniş şərait yaradırlar. Bunlardan biri Monako knyazlığında ən iri və geniş fəaliyyət göstərən Monako qumarxanası, digəri isə çirkli pulların yuyulduğu, qaranlıq əməliyyatların aparıldığı Lüksemburq Hersoqluğundakı Lüksemburq filialıdır. Bütün ofşor hesablar da bu filialdadır. Təəssüf hissi keçirirəm ki, ona görə ki, həmin filialın müdiri əslən Bakıdan olan milliyətcə bir azərbaycanlıdır. Monako qumarxanasında isə nəinki indi, lap əvvəlrdə bir azərbaycanlının fəaliyyət göstərdiyi də məlum idi.

Qayıdıram əsas mövzuya. Qanun qanunluğunda qalır və günahkarlar cəzalarını almalıdırlar. Cəzanı isə ittiham olunanlara prokurorlar Qanun əsasında hökm çıxarırlar. “MTN-nin işi” ilə əlaqədər olaraq “saxta cinayət” və “saxta ittiham”lardan prokurorlara dərs keçib,  “MTN-ə qarşı ağır ittihamlar səsləndirən” tanınmış vəkil Aslan İsmayılovun 02.11.2015-ci il tarixdə “Xəbərinfo.com” saytındakı çıxışından səlahiyyətli şəxslərin, prokurorların xəbərləri varmı?

17 oktyabr tarixdən bu günə kimi verilən məlumatlardan bu nəticəyə gəlmək olur ki, gənc dövlətimizin maliyyəsini quldurcasına talayan və hakimiyyəti devirməyə çalışanlar tərəfindən Bermud üçbucağı yaradılıbmış. Həmin üçbucağın 1.mərkəzində PA-nın iqtisadi məsələlər üzrə köməkçisi, 2.yuxarı başında MTN-nin sabiq naziri, 3.sol tərəf bucağında  Azərbaycan Beynəlxalq Bankının sabiq sədri, 4.sağ tərəf bucağında isə Azərbaycan Mərkəzi Bankının hazırki sədri mövqe tutublarmış.

 Biz insanları düşündürən əsas amil odur ki, necə olub ki, dövlətə əks xislətdə olan  bir şəxs  respublikanın PA-ında iqtisadi məsələlər üzrə köməkçisi kimi ən yüksək vəzifə sahibi ola bilib. Görəsən çörək kəsdiyi süfrəyə arxasını çevirən şəxsin PA-na zəmanətini kim verib?

 Bu xislətli insan ali hakimiyyətdə öz həmkarını tapıbmış. “Eldar Mahmudovun hakimiyyətdə ən yaxın adamı, dostu Prezidentin iqtisadi məsələrlər üzrə köməkçisi Əli Əsədov olub. Sabiq nazirin Əli Əsədovla hər axşam Bakıdakı “Nar Şərab” restoranında görüşdükləri, birlikdə yemək yedikləri bildirilir. Eldar Mahmudovun nazir postuna təyinat almasında Əli Əsədovun da rolunun olduğu haqqında bilgilər var. ( “Xəbərinfo.com”saytı 27.10.2015-ci il ).Yaxşı deyiblər: ”Su axar çuxurunu tapar”.     

Ölkəni və xalqı talayıb qədərsiz var yığaraq xarici kəşfiyyata işləyib prezident kürsüsündə əyləşmək istəyənlər, çörəyi dizinin üstündə olanlar anlamalıdırlar ki, ölkədəki bütün gedişatlar prezidentin nəzarəti altındadır.

Son aylarda bir sıra yüksək vəzifəli dövlət məmurları öz vəzifələrindən azad olunub və məsuliyyətə cəlb ediliblər. Ölkə Prezidenti əvvəllər də, son aylardakı cıxışlarında da dəfələrlə belə məmurlara sərt xəbərdarlıqlar etmişdi və sonda bildirmişdi ki, heç kim toxunulmaz deyil- qanunlara riayət etməyən, öz vəzifəsindən sui-istifadə edən şəxslər ən sərt şəkildə cəzalandırılacaqlar.

 

                                              

Quliyev Elxan Sarı o.           


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam