Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

BƏS NƏ ETMƏK LAZIMDIR?

 

Xeberinfo.com:   İkinci yazı

Mərhum prezident Heydər Əliyev ABŞ-ın iş adamları-milyonçularını  götürüb Ağ Evdə prezitentin görüşünə gedəndən sonra həmin milyonçuların birisi təxminən belə demişdi : “Biz indiyə kimi Ağ Evin yolunu tanımamışıq, indi Hedər Əliyev bizə Ağ Evi tanıtdı”. Bununla onu demək istəyirəm ki, ABŞ-ın iş insanları  nə qədər imkanlı, nə qədər varlı olsalar da prezident kürsüsündə əyləşmək haqqında yox, sərmayələrindən səmərəli istifadə edib dövlətinin iqtisadiyyatını gücləndirmək barədə düşünürlər. Bizim “oliqarxlar” isə dövlətin bankını söküb, əhalini talayıb əlinə keçən vəsaiti xaicdəki ofşor hesablarda gizləyir, bəzisi də Monako qumarxanasında buxarlandırır. Bunlardan eləsi də var ki, prezident kürsüsü iddiasında olur.

Sovetlər birliyi dönəmində İşlədiyimiz istehsal sahəsinə aid Moskvada nəşr olunan dərgi həmin sahə ilə məşğul olan Baş idarələrə göndərildikdən  sonra Nazirlik hüququnda fəaliyyət göstərən bir Baş idarənin rəisi, Müharibə Veteranı, vaxtı ilə MK-nın şöbə müdiri vəzifəsində işləmiş Mehdi Məmməd oğlu Məmmədov  həmin dərgini oxuyub sonuna çıxandan sonra müavinlərini, 55 nəfərlik kollektivin şöbə rəislərini, kamil mütəxəssislərini iri həcmli kabinetinə dəvət edib dərgidə göstərilən əsas məslələr müzakirə edilər, təkliflər dinlənər,  şəraitə uyğun məqsədyönlü  təkliflər nəzərə alınar, istehsalatdakı qüsurların aradan qaldlrılmasını qeyd etməklə yanaşı sürətli iqtisadi inkişaf üçün səmərəli təkliflər ümumiləşdirildikdən sonra  deyilənləri əmrləşdirər və icra üçün tabelikdə olan təsərrüfatlara ünvanladardı .

İndi Müstəqil olduğumuz bir dönəmdə Prezident Aparatında, Nazirlər Kabinetində müşavirələr keçirilir, bir nəfərdən soruşulurmu ki, nə işlə məşğulsan, bu tutduğun yaramazlıqlar nədir, müxalifət mətbuatının yazdığı məlumatlar həqiqətdir, yoxsa böhtandır?

Təxminən 2013-cü ilin əvvəlləri idi. Prezident keçirdiyi müşavirədə “Anti millilər”, “Xainlər” kəlmələrini dilinə gətirərək harınlara xəbərdarlıq etmişdi. Həmin harınlar xəbardarlıqlardan ibrət dərsi götürmədilər. Ona görə ki, onlar artıq qudurmanı arxada qoyub manqurtlaşma səviyyəsinə keçmişdilər. İnsanın ölüsü özbaşına buraxılmırsa  manqurtlaşmış dirisinə xəbərdarlıq etmək yox,yerindəcə onu bitirmək lazımdır. Hakimiyyət  də o vaxt işə düşür ki, deməzsənmi MTN  dövlətə xəyanət edib, xarici kəşfiyyatla əlbirdir.

Ali şəxs yarınanlara, vəzifəsi üçün 90 dərəcə əyilib təzim edənlərə, mədhiyyə deyənlərə yox, tənqidçilərə, həqiqəti yazan müxaliflərə inanarsa işi rəvan gedəcək və xalqdan da həmişə  dəstək alacaqdır.

17 oktyabr hadisələri dilimizin lüğət fonduna yeni sözlər daxil etdi:

keçmişdə kölgə iqtisadiyyatı –indi kölgə kabineti;

Keçmişdə rüşvətxor nazir—indi reket nazir. 

Çıxışlarımda həmişə dövlət quruculuğunda baş vermiş nöqsanları göstərməklə onun aradan qaldırılması üçün təkliflərimi də verirəm. Əvvəllər verdiyim təkliflərimi təkrarlamayıb (az bir qismini cıxmaq şərtilə) vacibləri olduğu kimi qalmaqla 17 oktyabr hadisələri ilə əlaqədar olaraq yenilərini verirəm:

1.İdarə etmədə pilləli və paralel idarəetmə sistemi kökündən ləğv edilsin. Yəni nazirliklərin sayı minimum saya qədər azaldılsın(bu təklifim bir çox çıxışlarımda da var);

 2.İdarəetmə tamlığı ilə bolgələrdəki icra hakimiyyətlərinə verilsin.İcra hakimiyyətinin başçıları vəzifəsinə təyin olunmasında kadrların dəyanətliyinə və İdarəçilik Akademiyasının məzunlarına üstünlük verilsin (əlbət ki,azı üç il təcrübə keçmiş);

3.Tədricən hal-hazırkı nazirliklər, müstəqil olan baş idarələr, bölgələrdəki  hüquq mühafizə orqanları , İcra hakimiyyətləri yeni və sağlam təfəkkürlü kadrlarla möhkəmləndirilsin;

4.Prezidentin heç kimin tanımadığı şəxslərdən təşkil olunmuş minimum tərkibdə, dövləti və milli maraqlara sadiq olan agentura sistemi yaradılsın.  Onlar prezidentin göstərişi ilə yox, kənar əllərlə nazirliklərə, müstəqil fəaliyyət göstərən baş idarələrə, İcra hakimiyyətlərinə  və hüquq mühafizə orqanlarına kimliyi tanıdılmadan vəzifələrə təyin edilsinlər. Həmin agent-kadrlar həm Prezident aparatından qismən, həm də təyin olduqları təşkilatlardan əmək haqqı ilə optimal səviyyədə təmin olunmaqla müəyyən olunmuş vaxtlarda şəxsən Prezidentə məlumat versinlər. Həmin agent-kadrlar təyinatına hüquqşünaslar, kadrlar şöbəsinin rəisləri və baş mühasiblər yararlı və məqsədə müvafiq olarlar. Axı Sovetlər birliyi dönəmində nazirliklərdə, müstəqil baş idarələrdə Dölətin maraqlarına xidmət edən  Xüsusi şöbələr fəaliyyət göstərirdilər...

 Bu məsələ ilə əlaqədar olaraq Rövşən Novruzoğlunun  “Xəbərinfo. com” saytında “Prezident yanında Xüsusi idarə: onu yaradanlar və dağıdanlar: ÖZƏL” publisistik araşdırması diqqət çəkəndir.

5.Haqqı, ədaləti unutmayıb xalqın istəyini nəzərə alaraq məqsədyönlü işləyib elə şərait yaratmaq lazımdır ki,  vətəndaş vətəndə nahaqdan həbs olunmasın və   Qərb də  vətəndaş  həbsində  bizim hakimiyyətə qarşı təkrar- təkrar  iradlarını irəli sürə bilməsinrlər.

 

                              

Quliyev Elxan Sarı o.                  

 

     


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam