Redaktor seçimi
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Günün xəbəri

DÖVLƏTİ VƏZİFƏLƏRDƏ QUDURMA VƏ MANQURTLAŞMA HAQQINDA

  

 

  Alilərə xitabən

 "Xeberinfo.com":  Dilimizin tərkibinə daxil olan qudurma və manqurtlaşma deyimlərinə lüğətlərə əsalanıb kiçik arayış verirəm.

1.QUDURMA-azğınlıq kimi izah olunur. Azğınlıq insanda lovğalıq, təkəbbürlük, yersiz iddia, özündən çıxmaq formasında üzə çıxır ki, son anda vəzifəsindən azad və səviyyəli  insanlarla təmasda olmaqdan məhrum olur. Yırtıcı heyvanlarda isə azğınlıq quduzluq xəstəliyi formsında özünü göstərir ki,  axırda məhv edilir, cəsədi də yandırılır.

2.MANQURTLUQ- keçmişini unutmuş, milli ənənələrdən imtina etmiş insanlarda olur.

                                                         A

Mən çıxışlarımda demək olar ki, həmin ifadələrdən nadir hallarda istifadə edirəm. İstifadə edəndə də ali şəxslərin çıxışlarına istinad edirəm. İndi isə həmin məfhumlardan necə və nə səbəbə görə istifadə edilməsinə diqqət yetirək.

Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev 2000-ci il aprel ayının 26-da Prezident Sarayında respublikanın prokurorluq orqanlarının rəhbər işçiləri ilə görüşü olub. 27 aprel tarixli XALQ qəzetində dərc olunmuş onun çıxışından kiçik bir hissəni oxucuların nəzərinə çatdırıram.

“ ...Xatirinizdədir, mən Azərbaycanın maliyyə naziri Fikrət Yusifovu işdən kənarlaşdırdım və geniş bir müzakirə keçirdim. Orada hüquq-mühafizə orqanları rəhbərlərinin hamısı iştirak edirdi. Onun səhvləri, günahları çox idi. Amma mən yenə də qayğı göstərərək onu tərbiyə etmək istəyirdim, səhvlərini islah etməyə çalışırdım ki, gəncdir, işləsin. Lakin görünür ki, bizim bəzi yüksək vəzifəli şəxslərimiz vəzifə alandan, bu vəzifənin dadını bir az görəndən, bu vəzifəyə görə özünü bir balaca yüksək səviyyədə görəndən sonra onlarda başgicəllənmə xəstəliyi əmələ gəlir, bu çox kobud söz olsa da, mən bunu deyəcəyəm ,-qudurma əmələ gəlir. Bu söz rus dilində daha incədir, ona “zaznaystvo” deyirlər, amma mən Azərbaycan dilində bu sözün “qudurma”dan savayı əvəzini tapa bilmirəm. İnsanlar qudururlar. O dərəcədə qudururlar ki, onlar artıq hesab edirlər ki, qanunu da poza bilərlər, müxtəlif çirkin üsullardan da istifadə edə bilərlər. Həmin maliyyə naziri Fikrət Yusifov gəlib belə bir vəziyyətə düşdü”.

Yeri gəlmişkən bir cəhəti diqqətə çatdırmaq istəyirəm. Yüksək mənsəb sahibləri vəzifədən azad olunandan sonra elmi səviyyələri fantan vurub ELMLƏR DOKTORU kimi elmi titul sahibi  olurlar. F.Yusifov da belələrindəndir. O, fəaliyyətinə görə “zaznaystvo” adında “mükafat”a layiq görüldü.

Bəs olduqca pis qoxu verən Azərbaycan Beynəlxalq Bankının respublikanın maliyyəsinin qara günə qalmasına göz yumub, ona şərait yaradan və həmin qoxudan yaxasını qurtarmaq üçün yüksək post axtaran Maliyyə Naziri, respublikada qiymətlərin qalxmaması üçün  dövlətin hazır büdcəsindən hər ay minimum bir milyard manat xərcləyən və devalvasiyanın olacağını əvvəlcədən bilib manatın dollara dəyişdirilib onun da respublikadan kənara daşınması üçün oliqarx (əslində dölətin əmlakını mənimsəyənlər) deyilənlərə vərəsəlik edən Mərkəzi Bankın sədri, iqtisadi siyasətin kritik anları dönəmində vəzifəsinə uyğun kəsərli təkliflər vermək əvəzinə çıxışlarında  hakimiyyətə yarınmaqla gününü keçirən MM-ın İqtisadi Siyasət  Komissiysının sədri akademik kimi məsul şəxslər hansı “mükafat”lara layiq görüləcəklər?

AzTV-də “Bizi yıxmaq istəyirlər, müxalifət 10 milyon dolları mənimsəyibdir...” kimi fikirlər səsləndirilir. Dəfələrlə mətbuatda çıxış etmişəm ki, heç bir xarici qüvvə və şantajlar bizim dövləti yıxa bilməz. Xalq heç vaxt yunusların, sadvalçıların, əkrəmlərin, əlikramların arxasınca getməyəcək. Azərbaycanda narıncı ınqilab, Gürcüstandakı inqilab və ərəb baharı kimi inqilablar baş verməyəcək.  Əhali isə ancaq şimallıdan qorxu çəkir. Dövlətin xarici siyasəti nə qədər düzgün və yarıdır olsa  onun yıxılması mümkünsüzdür.

Atalar ”Min yeyənin olsun, bir deyənin olmasın”,- deyiblər. Ölkəmiz İqtisadi cəhətdən bizə diş qıcayan qərbdən asılı olmasa da “ilanı seyid Əhməd əli ilə tutan”larla ehtiyatlı olub şirin dillə danışsaq daha yaxşı olar. Onlar bizim oliqarx deyilənlərin maliyyələrinin  bir hissəsinin  ofşor hesablarda olduğunu yaxşı bilir və daim bizi izləyirlər. Əllərində hər növ vasitə olan qərbi özümüzə qarşı çevirməməliyik.

Qaldı müxalifətin 10 milyon dolları mənimsəməsinə, bu məbləğ xaricdən göndərilən vəsait idi ki, yunuslar kimi satqınlar Azərbaycanın əleyhinə işləyib xarici ağalarına xidmət etsinlər. Bu kimiləri hökumət tərəfindən haqqına çatdırılaraq həsxanada “istirahət” edirlər və uzun müddət də  “istirahət”  edəcəklər.

10 milyonun yox, ABB-nın havaya sovurduğu 10 milyardın qayğısına qalmaq lazımdır. Qanun qanunluğunda qalır, həmin məbləğı dövlətin bankına qaytarmaq vacibdir. Ancaq havaya sovrulan həmin məbləğı geri qaytarmaq kosmosda itmiş süni peyki geri qaytarmağa bənzəyir. 10 milyard manatın hansı mənbə hesabına qaytarılması barədə ətraflı düşünmək lazımdır. Bu əməliyyatın həyata keçirilməsi həlli çətin olan müəmmalı bir məsələdir.

                                                                B   

İndi isə gələk Respublikada inqilabın baş  verməsi məsələsinə. Heç bir ölkə, o cümlədən bizim respublikamız da  inqilabın baş verməsindənsığortalanmayıb. Xarici siyasət düzgün qurulduğundan bizim ölkəmizə inqilabın xaricdən ixrac olunmasına  ehtiyac yoxdur. Üzdən iraq ali şəxslər hakimiyyətlə əhali arasında güclü narazılıq yaratmaqla daxildə inqilabı hazırlayırlar.

 Bəs daxildə necə, idarəetmə siyasəti qaydasındadırmı? Respublikada iri idarəetmə orqanları fəaliyyət göstərir:

Prezident Aparatı, Nazirlər Kabineti, Milli Məclis, DİN, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Nəqliyyat Nazirliyi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL QSC), Bakı şəhər Lift İstehsalat Birliyi və sair.

1.Demək olar  bir ay idi ki, ailəmizdə yuyunmağa  su tapmırdıq. Son aylar-iyul ayı ərzində mənzilimizdə iki nəfər üçün 11 kub m., avqyst ayı ərzində 6 nəfər yaşasa da 5 kub m. həcmində icməli su məsarif etmişik. Göründüyü kimi ailəmizin artması bir yana qalsın, su təchizatında iki körpəyə belə hörmət qoyulmamışdır. Su təchizatının olmaması , körpələrin dərdi məni çıxılmaz vəziyyətə saldığından JEK-in müdirinə müraciət etməli oldum. Cavabı : “Mənim gücüm binanın aşağısına qoyduğum üç tonluq su bakını dolu saxlamağa çatır, gedin vedrələrlə daşıyın”,- oldu. Dedim: “Müdir, liftin katuşkasını oğurlayıblar, işləmir axı”.

Əlacım kəsiləndən sonra  yeddinci mərtəbəyə vedrələrlə su daşımalı oldum. 77 yaşımda aşağıdan liftsiz 7-ci mərtəbəyə su daşımaqla  (hər daçımada iki vedrəylə 22 litr) su tutan qazan, vedrə, aftafa, balonları doldura bildik (Bu formada idarə edənləri ailəsi ilə birlikdə 77 günə qalmasın). Qan-tərə batdığımdan isə xəstələndim və xəstəliyim davam edir. 21.09.2015-ci il tarixdə 012109 saylı telefonla 372.00.20 və 371.65.36 sayda əyləşən şəxslərlə bir təhər əlaqə yarada bildim. 371.65.36 sayda əyləşən orerator məni qapdı, 372.00.20 sayda telefondakı cavab verən qadın mənə ağıl dərsi kecməyə başladı. Həmin qadına xəbərdarlıq etdim ki, mənə su lazımdır, operatoru müdafiə etmək yox. Axır ki, bu qadın mənə üzdən iraq “Azərsu”ASC-nin qaynar xəttinin telefon sayını- 955-i verdi. Bura ilə əlaqə yaradandan sonra gecə saat 11.30-12.00 radələrində 0.5 sm diametrdə su gəldi.  

JEK müdiri də “Azərsu” ASC-nin qapılarını döyməyə başladı. Axır ki, 23.09.2015-ci il tarixdə içməli su 8-ci mərtəbədəki ehtiyat baka  doldu ki, biz bir ay fasilədən sonra yuyuna bildik. Biz sakinlər başa düşürükki, Bakı şəhərində su qıtdır. Heç olmazsa iki gündən bir 5  saat müddətində təzyiqlə su verilsə biz sakinlər sudan dəhşətli vəziyyətdə əziyyət çəkmərik. “Azərsu”ASC gərək daim “təriflənə”, başlarındakı tüklər bir-bir sanana ki,“ vəzifəsni icra edə. Rəhbərlik - “Azərsu” ASC-ni ailə zibilxanasına çevirmişdir. “Azərsu” ASC-nin və onun rəhbərliyini oraya təyin etdirənlərin bircə adı var: MANQURT.

2.Vaxtı ilə 191 saylı məktəbin yanına kimi işləyən 247 T saylı marşrut iki ildir ki, ləğv edilib. Demək olarki məktəbin həndəvərində onlarla 9 mərtəbəli 6 bloklu binalar var ki,  bu binalarda minlərlə insan yaşayır. Uzun müddət sakinlər Nəqliyyat Nazirliyinə etirazlarını mətbuat vasitəsilə bildirsələr də, həmin xoşagəlməz vəziyyəti  ANS teleşirkəti vasitəsilə işıqlandırsalar da Nəqliyyat Nazirliyi hec kimi eşitməmiş, əhalinin təzyiqi ilə sonradan təşkil olunan 27 və 80 saylı marşrutlar da işləməmişdir. Marşrutun rentabelli işləməsi üçün yol da göstərilmişdi (25.10.2013-cil tarixli V.H.qəzeti).  Bu az imiş ki, Əhmədli qəsəbəsindən bir başa Avtovaqzala işləyən 20 saylı marşrut da ləğv edilmişdir. Atalar “Gədədən bəy olmaz”,-deyiblər. Maliyyəni və istehsalı idarə etməni bilməyəni nazir vəzivəsinə təyin edildiyindən  əhalidə hakimiyyətə qarşı inamsızlıq artmaqla  ona qarşı kin-küdurət də yaranır.

Bəs Nəqliyyat Nazirliyində bu azğınlıq, MANQURTLUQ haradan törənmişdir? Nəqliyyat Naziri oğlu ilə bərabər 2016-cı ildə Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd olan Donald Tpampa söykəniblərmiş. “Cörəyi dizinin üstündə olan” lardan-yaşılgözlərdən də dost tapmaq olarmış. Bankdan alınan 0.5 milyard dollar məbləğdə  kredit “GARAND HOLDİNQ” İdarə Heyətinin qonaqlıqlarında və sair hallarda havaya sovrulduğundan banka ( “Bank of Azerbaijan”) olan borcun ödənilməsi mümkünsüzləşib. Zəhmətsiz pul vəsaiti əldə edən səviyyəsizlər dərk edə bilmirlər ki, donaldlara söykənməklə respublikada tonlarla qızıl ehtiyatının üstündə əyləşmiş aliylə bir səviyyədə durmaq və dünya miqyasında tanınmaq, daha yüksək kreslo sahibi olmaq mümkünsüzdür.

3. 03.08.2012-ci il tarixli “Hürriyyət” və 27.07.2012-ci il, 10.08.2012-ci il tarixli “Vətəndaş Həmrəyliyi” mətbuat orqalarında ofşor zonalara pul vəsaiti çıxarılması, “Obşiy  kotyol” adlanan “büdcədən” pul oğurlamaq imkanında olan məmurlara aylıq “paket” verildiyi haqqında verilən məlumatlara bir vətəndaş olaraq mən inanmadım, bunun ağ yalan və gənc dövlətimizə böhtan olduğu qənaətində idim. Çox təəssüf ki, bu kimi dələduzluqların həqiqət olduğunu, Azərbaycan Beynəlxalq Bənkından oliqarx deyilənlərə təminatsız verilən yüz milyon manatlarla kreditlərin Monako qumarxanasında uduzulması, şəxsi məqsədlərə sərf edilməsi, respublikanın ali şəxslərindən birinin oğlunun başının Lüksemburqdakı ofşor hesablardan xortlaması mənim hakimiyyətə, Müstəqil dövlətə  inamımı, ümidimi tam yoxa çıxartdı.

4.Hər həftə və hər ay   bir dövlət məmuru rüşvətxorluğuna görə həbs olunur. Rüşvətxorluğun  kökü isə kəsilmir. Nə qədər insanları həbs etmək olar? Bəs bunun səbəbləri nədir? Bunu ictimai quruluşun kökündə, onun qüsurlu idarə edilməsində axtarmaq əvəzinə həbs etmə vasitəyə çevrilir. Dövləti vəzifədə məsululiyyətsizlik, dərkedilməzlik isə MANQURT laşmaqdan xəbər verir.

5.Xaicdən bizim millətin kürəyinə TOLERANT məfhumunu yapışdırmışlar. Öz vətəndaşlarımız iş yeri tapmadığı halda “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL QSC) işçilərinin tərkibi tam xarici vətəndaşların hesabına komplektləşdirilibdir. “Rəsmi statistikaya görə, son illər hava nəqliyyatında sərnişin daşımaları artsa da, Azərbaycan Aviaşirkətinin ziyanı 1999-cu ildən bu yana 500 (beş) yüz milyon manatı keçib”. (“Xəbərinfo.com” 04.10.2015-ci il.) Kül olub belə tolerantlığın başına.

Müəssisənin rəhbərindən tutmuş aşağısına kimi  milliyyəti nəməlumlara, yaxud kənar millətə etibar etmək “sürünü canavara tapşırmaq” deməkdir. Beləliklə manqurtluq bu QSC-də ən yüksək   səviyyəyədədir.

5.DAXİLİ İŞLƏR NAZİRLİYİNİN Xətai rayon şöbəsi haraya baxır ki, 4(95) saylı binanın (Gəncə prospekti) ikinci blokunun liftinin katuşkası oğurlanır, həmin binanın 5 addımlığındakı sahibkarın dükanı yarılır, oğru isə aşkarlanmşır? Axı bu “xırda-para” oğurluqlar iri həcmli və saysız oğurluqlara gətirib çıxarır. Şöbənin əməkdaşları əmək haqqını nə üçün alırlar? Budurmu asayişi, təhlükəsizliyi mühafizə edənlər. Atalar “Bu kimilərinə ümidli olanlar mollasız ölər”,- demişlər.

6.4(95) saylı binanın liftləri 30 ildir ki, istismar olunur. Ikinci blokun liftində iki dəfə sakin qalmış, sakinləri cıxarmaq üçün yeganə çarə liftin qapılarının dağıdılması ilə başa çatmışdır. Axı liftdə məktəbli  körpə, ürəyi xəstə qalarsa şübhəsiz ki, bu ölümlə nəticələnə bilər. Binanın JEK-nin liftlərin dövlətin balansına götürülməsitələbinə isə BAKI ŞƏHƏR LİFT İSTEHSALAT BİRLİYİNİN cavabı belə olub: ”Liftləri tam işlək vəziyyətdə Birliyə təhvil verin balansa götürək”. Bax belə cavab  BŞLİB-nin  heyvərə-qanmazlığını sübuta yetirir.Bax belə cavabı MANQURT olan verir.

Qeyd etdiyim yaramazlıqların ittifaq dönəmində də olduğunu və bunların nə ilə nəticələndiyini  faktlarla da deyə bilərəm. Kecən əsrin 70-ci illərindən başlayaraq Sovetlər birliyi sürətlə cökməyə, dağılmağa istiqamət götürmüşdü. Direktorların təsərrüfatlarda vəzifəyə təyin olunmasına nəinki baş idarə, nazirlik, hətda Ali dairənin əməkdaşları da əl yetirirdi. Hüquq mühafizə orqanlarının mühafizə dəstəsinin  mühafizə etdikləri müəssisələrinin hazır məhsul ambarları gecələr oğurlanırdı. Bir kəlmə dövlətin səlahiyyətli şəxsləri ictimai əmlakı talamaqda maraqlı idilər. İctimai əmlakı talayan səlahiyyətlilər o qədər varlanmışdılar ki, yığdıqlarını xərcləməyə yer tapmır və cinayətlərinin üstünün açılmaması üçün  dövlətin dağılmasında da maraqlı olmuşdular... Bu minvalla ittifaq dövləti heç olmazsa 70 il ömür sürə bildi və sonda 1990-cı ildə tam çökdü.

Bəs Müstəqil dövlətimiz hansı vəziyyətdədir, əbədi olması üçün lazımınca idarə olunurmu? Hal-hazırda oliqarx deyilənlər (əslində dövlətin əmlakını və maliyyəsini mənimsəyənlər) o qədər harınlayıb azğınlaşıblar ki, idarəetmədə törətdikləri maliyyə cinayətlərinin izini itirmək ücün müxtəlif təsiredici yollarla daxildən dövləti sarsıdıb dağıtmağa üz tutublar. Bunlardan birincisi yuxarıda qeyd etdiyim və faktlarla dəqiqləşdirə bildiyim- nəqliyyatda, su təchizatında, lift xidməti sahələrində, ərzaq məhsullarının satış qiymətlərinin (satış qiymətlərinin artması haqqında saytda çıxış etmişəm)  gizlin-gizlin artırılmasında əhaliyə dözülməz əzab verib kütləvi formada hökumətlə üz-üzə qoymağa, küclü narazılıq yaratmağa çalışırlar.

İkincisi- “qazandıqları” və milyard manatlarla dövlətdən aldıqları kreditləri qaytarmayanlar, əllərində olan dollarları xarici banklarda və ofşor hesablarda gizləyənlər, xarici ölkələrə sərmayə qoyanlar məsuliyyətə cəlb olunmaqlarından qorxaraq Müstəqilliyimizi sarsıtmağa, inqilab etməyə və hakimiyyəti devirməyə gizlincə yollar axtaracaqlarının qaçınılmazlığı təcrübədə-Sovetlər birliyinin dağıdılmasında öz təsdiqini tapıb. Bu kimilərinin xislətləri əbədi yırtıcılıqdır.

Dövlət quruculuğunda neçə-neçə əsrləri qabaqlamış Yer kürəsini silkələyən Sovetlər birliyini onu anlamayan rus bolşevizmi sonda bu formada, bu tipdə idarə edib, xariclə əlaqəli işləyən satqın kadrları çökdürmüşdü.

Bəs Müstəqilliyimizi möhkəmlətmək və onu əbədi etmək üçün neyləmək lazımdır?

1.Ali İdarəetmə orqanlarında 100 faiz həcmində kadr  islahatı keçirilsin;

2.İdarə etmədə xəlifəliyə son qoyulsun; 

3.Dünya miqyasında sınaqdan keçib kiçik ölkələrdə özünü doğrultmuşPrezident  Aparatında və bölgələrdə yaradıcı alimlərdən, idarə etmədə kifayət qədər təcrübəli təqaüdçü şəxslərdən ibarət Ağsaqqalar Şurası yaradılsın.

 

                                              

Quliyev Elxan Sarı o.       


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam