Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xalq yazıçısı İsa Muğannanın doğum günüdür-BU GÜN

Bu gün Azərbaycanın Xalq yazıçısı, ssenari müəllifi İsa Hüseynovun (Muğanna) anadan olmasından 95 il ötür. 

Yenixeber.org: İsa Mustafa oğlu Hüseynov 1928-ci ilin bu günü, yəni iyunun 12-də dünyaya gəlib. 1952-ci il tarixində Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.

1952-1954-cü illər ərzində “Azərnəşr”də şöbə müxtəlif vəzifələrdə işləyib. Uzun illər C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor kimi fəaliyyət göstərib.

İsa Hüseynov 1948-ci ildən ədəbi fəaliyyətəbaşlayıb, 1950-ci ildən etibarən iyirmidən artıq kitabları nəşr olunub. Onun ssenarisi əsasında çəkilən "Nəsimi", "Nizami", "Tütək səsi", "Od içində" və bir neçə filmlər izləyici rəğbəti qazanıb.

Əsərləri arasında "Məhşər", "Yanar ürək", "İdeal" romanları xüsusi diqqət çəkir. "İdeal" romanı isə 1980-ci illərin sonunda ədəbi mühitdə məzmun və mövzu mahiyyətilə bir inqilab hadisəsi hesab oluna bilər.

Ssenariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" və başqa) filmlər çəkilib, əsərləri xarici dillərə tərcümə olunub. "26 Bakı Komissarı" filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını alıb.

İsa Hüseynovun Bizim qızlar (pyes) 1953, Dan ulduzu (pyes) 1955, Hekayələr 1957, Yanar ürək (pyes) 1960, Doğma və yad adamlar (roman) 1962, Teleqram (povest) 1963, Yanar ürək (roman) 1965, Tütək səsi (pyes və hekayələr) 1965 kimi kitabları var.

Filmoqrafiyasında isə "Arvadım mənim, uşaqlarım mənim" (film, 1978), "Dəli Kür" (film, 1969), "İyirmialtılar" (film, 1966), "Qərib cinlər diyarında" (film, 1977), "Nəsimi" (film, 1973), "Nizami" (film, 1982), "Ulduzlar sönmür" (film, 1971) kimi ekran işləri yer alıb. 

İsa Muğanna 2014-cü ilin aprelin 1-də 85 yaşında dünyasını dəyişib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam