Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Xalq şairi Vaqif Səmədoğlunun doğum günüdür-BU GÜN

Bu gün Azərbaycanın Xalq şairi, dramaturq, publisist Vaqif Səmədoğlunun ad günüdür.

Yenixeber.org:  Vaqif Səməd oğlu Vəkilov 1939-cu ilin bu günü yəni, iyunun 5-də Bakıda məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub.

Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri vəzifələrində çalışıb.

1962-1963-cu ildə Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib. Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində işləyib.

Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib.

“Yeddi şeir” adlı ilk mətbu əsəri 1963-cü ildə “Azərbaycan” jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib, “Oğuz eli” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Şair 2000-ci ildə Milli Məclisin deputatı seçilib.

Onun "Yoldan teleqramlar"(1968), "Günü baxtı", "Mən burdayam, ilahi" (1996), "Uzaq, yaşıl ada" (1996), "Gürzəçöl yazıları" (2016) adlı kitabları,  "Bəxt üzüyü", "İntizar", "Uca dağ başında", "Lotereya", "Yayda qartopu oyunu", "Yaşıl eynəkli adam", "Generalın son əmri",
"Mamoy kişinin yuxuları" adlı dram əsərləri var. 

Şairin "Son gecədir bu gün yenə...", "Nəyin istisindən yananlar...", "Bir cüt ayaqqabı...", "Qağayı, axtar məni...", "Birlikdən və tənhalıqdan..." kimi şeirləri də var. 

Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-i xərçəng xəstəliyindən dünyasını dəyişib. O, Birinci Fəxri xiyabanda dəfn olunub. 2019-cu ilin iyununda Qazax rayonunun “Fəxri qazaxlılar” parkında Vaqif Səmədoğlunun büstünün açılışı olub.

76 yaşında vəfat edən Xalq şairinin məzarına başdaşı qoyulmayıb, qəbirüstü abidə yalnız sinədaşından ibarətdir. Sinədaşında şairin yaradıcılığından bir neçə misra sitat gətirilib və həmin misralara uyğun olaraq məzar üstünə bir cüt ayaqqabı da qoyulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam