Allahın qəzəbi rəhmindən böyükdür...
Düşünürəm ki, yaranış, bütün bəşərin sahibi ALLAH tərəfindən idarə edildiyini bilir və bilməlidir!...Bu qüvvə səni, məni və bütün canlıları bu dünyaya əta etdi və onu bizə, bizi ona tanıtdı.
Yenixeber.org: Allah, bütün yaranmışları canlı olaraq yaratmışdır. Yalnız ortada bir fərq var. Şüurlu və şüursuz canlılar. Allah heyvanlara şüur vermədi, dil vermədi ki, özünü ifada edə bilsin. Yeganə varlıq insandır ki, ona "yer üzünün əşrəfi" deyirlər.
İnsan, Allahın ən gözəl əsəridir. İnsandan başqa yaranmışlara Allah dil, şüur verməsə də, ALLAH özü haqq və ədalətə nəzarət edir. ALLAH öz qanunlarını İslam dinini tanıdaraq, elçisi Məhəmməd(s.s) tərəfindən Qurani Kərim vasitəsi ilə göndərmişdir. Quran ayələrində buyrulur ki, Allah (c.c) yalnız ol deyərsə olar! Allah istəmədikcə bir yarpaq belə yerə düşə bilməz! Allahın səbri o qədər böyükdür ki, yaratdıqlarınıda həmişə səbrli olmağa səsləyir. Bizlər bu davranışlara Qurani Kərimin ayələrində rast gəlirik. Bəli, İslam aləmində möminlər səbrli olmalıdır. Onlar düşünməlidirlər ki, Allah nə istərsə o olar...Əslində yer üzü bərqərar olandan haqsızlıq baş alıb gedir. Lakin, 21 - ci əsrin əvvəllərindən bəzi dövlətlərdə möminlərə qarşı çox haqsızlıqlar nəzərə çarpır. Kafirlər tərəfindən müsəlman olduğuna görə o qədər zülmə, aclığa, səfalətə məruz qalırlar ki, qarnı ac olan kiçik uşaqların dilində bir şuar yaranıb. " Dayanın sizi Allaha şikayət edəcəm" Qarnı çörəkdən doymayan uşaqlar nicat yolunu ölməkdə görürlər. Belə uşaqlar analarına sual edirlər:- " Biz cənnətə gedərsək, çörək tapa biləcəyikmi?!" Bütün bu zillət istila edilmiş bəzi müsəlman ölkələrində baş verir. Bəzi dövlətlər var ki, müqayisədə o qədər bolluq içində yaşayır ki, Allahını, peyğəmbərini unudaraq küfr edirlər. Allahı, peyğəmbəri tanımaq istəmirlər. Gözləri qızışıb o qədər harınlıq, nankorluq edirlər ki, dilə gəlməyəcək dərəcədə. Sözügedən kafirlər yerlə, göylə əlləşirlər. Hərdən mənə elə gəlir ki, hətta yerin dili olsaydı oda insanları Allaha şikayət edərdi. Zənn edirəm ki, Allah yaratdıqlarının dilindən çox gözəl anlayır və haqla, nahaqqı tarazlaşdırır, haqqı həmişə bərqərar edir. İnanıram ki, yerin, göyün fəryadını eşidir. Beləki, Allahın rəhmi olduğu halda qəzəbi daha çoxdur. Allah bəzən hirsini insanlara bəzi yollarla çatdırmağa çalışır. Misal üçün yaxın günlərdə qardaş Türkiyədə və başqa dövlətlərdə baş verən zəlzələlər, daşqınlar, torpaq sürüşmələri olanlara əyani misal deyilmi?! Maləsəf ki, bir müddət keçməsinə baxmayaraq, yenə də tərpənişlər davam edir. Unutmayaq ki, minlərlə can aldığı halda...Diqqət edək görək bu olanlardan gözüdönmüş insanlar nəticə çıxarırlarmı?!...Amma, nə edək ki, qurunun oduna yaşda yanır.
Yerdə, göydə var olandan bəri nələrə şahid olmayıblar?!...Çox olayları qeyd etmək olar.
Bütün gördüklərimə öz düşüncəmlə yanaşaraq qələmə almağı özümə borc bildim.
P.S. Həyatda heçnə səbəbsiz deyil...Allah nə edəcəyini çox gözəl bilir və anlamayanlara isə əyani olaraq, şəkilləndirib çatdırmağa çalışır...
Təranə Şəms. ( AJB- nin üzvü)