Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Bəşərin sahıbi Allahdır, ALLAH

 
Ey insan, bildinmi dünya kimindir,
Başını qaldır bax göylərə sarı.
Beynində vurnuxan xülya kimindir,
Baxsana dağılan köylərə sarı!...
*****
Bəs, indi nəfisin nədən danışır?
Xislətin dəyişməz belə yarandın.
Cənazə görəndə qəlbin alışır?
Alışmaz, həyatı belə  dolandın...
*****
Evlərin başına uçmazmı sandın?
Allahın qəzəbi hədəfi tutdu.
Başını yolub sən, qaçmazmı sandın?...
Bildinmi, nəfisin səni unutdu.
*****
Yandırdı yaşları quru içində,
Müsəlman aləmi günahsız yerə;
Baxıram, hərəsi gör nə biçimdə.
Torpaqda yatmadı, kəfən içində.
*****
Münafiq müsəlman, axırın nədir?
Yalançı səcdələr ah- vayın oldu.
Sən elə nankorsan, bilmədin qədir,
Süfrəndə içdiyin son çayın oldu.
*****
Şirk etdin Allaha o dünyanda yox,
Evindi cəhənnəm özün tikmisən.
Sol əlin doludur günahında çox,
Yarımçıq kəfəni özün biçmisən!
*****
İmtahan günüdür sınadın bizi,
Rəhm eylə Allahım, sənə sığınıb;-
Əyilib önündə dua edirəm.
Yeri, göyü titrədib qınadın bizi!...
*****
Torpağın qəzəbdən köksü yarıldı,
Üstünü dağıdıb altına keçdi.
Möminlər namazla sənə sarıldı,
Yalvarıb yenə də adını seçdi...
*****
Bir daha bu acı heç yaşanmasın,
Rəhmini uşaqdan gəl əsirgəmə.
Cahillər sevinib qəza sanmasın,
Kafirin, başından"ŞƏR" əsirgəmə!...
*****
Yəqin ki, bildiniz yer- göy kimindir,
Bu ərşin sahibi Allahdır, ALLAH...
Daş- kəsək,  dağ- dərə, şəhər kimindir?
Bəşərin sahibi Allahdır, ALLAH!!!!...
Təranə Şəms

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam