Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

BUXARLANSIN

 

"Xeberinfo.com":   İnsanı inasan edən zəhmət, istehsal proseslərində sərf etdiyi əməkdir. “Əmək   bütün ictimai –iqtisadi formasiyalarda insan həyatının əbədi təbii şərtidir... Əmək sayəsində insan heyvanlar aləmindən ayrılmışdır”.Əmək sərf etmədən əldə edilən zəhmətsiz gəlir insanı manqurta çevirir. Necə ki, çevrilmişlər.

 

Bank işini anlamazı  müdir  təyin etdilər ki,

Görməmişi, anlaqsızı amir , bitkin bildilər ki,

Göstərişi, fırıldağı icra edən dedilər ki,

Hər xahişi, lazımsızı tez eşıdən seçdilər ki,

Valyutalar qapanlara qismət olsun, var  talansın,

Dövlətsizdir altı milyard “,oliqarxla” buxarlansın.

 

“Sular axar çuxur tapar” deyiblər,

Albertilər həmdərdlini seviblər,

İzləyiblər əfəl şəxsi görüblər,

Aldadıblar özəl bankı söküblər,

El malıdır,  qoy valyuta talansın,

Yiyəsizdir, əsginaslar buxarlansın.

 

Dost-aşnışı Monakoda-qumardadır,

Söykəyi yad ellərdə-bic  Knyazdadır,

Şəriki  vətəndə -Bakımızdadır,

Özülü burada –özəl bankdadır,

Xalq malıdır, qoy manatlar talansın,

Sahibsizdır,  əsginaslar buxarlansın.

 

Qumarbaza milyard dollar veriblər,

Yoldaşlığa sem dayını biliblər,

Gəzintiyə London kursu keçiblər,

Elçiliyə dəyərlini seçiblər,

Mərd malıdır, qoy altunlar talansın,

Zəhmətsizdir, əsginaslar buxarlansın.

 

Milli Bankı “OeBS”-dən kalan udub,

Benəlxalqı kreditdən talan olub,

İş adamı ödənişdən qaçan olub,

Axtarışı həmin gündən bəyan olub,

Türk malıdır, qoy milyardlar talansın,

Əməksizdir, əsginaslar  buxarlansın.

 

Haqsevər bankirlər üzük qaşıdı,

Dəmir göyərçinlər dollar daşıdı,
Əmir  cahangirlər  külüng başıdı,

Bankir  moşenniklər  məhəkdaşıdı,

Haqq malıdır, qoy ehtiyat talansın,

Dayaqsızdır,  əsginaslar buxarlansın.

 

Qeyd: 1.Monako-Cənubi Avropada, Aralıq dənizi sahilində dövlət, Fransa ilə həmsərhəddir.Sahəsi 1.9 kv km, əhalisi 27 min nəfərdən çoxdur. Paytaxtı Monako şəhəridir. İnzibati cəhətdən 3 mahal şəhərdən (Monako, Kondamin və Monte-Karlo) ibarətdir.  Monako knyazlıqdır, hazırda knyazlığı (hakim) idarə edən əlahəzrət II Albertidir ki, azərbaycanlı qumarbazlar onunla çoxdan geniş əlaqədədirlər. Avropada iri qumarxanalar Monakoda və Monte-Karlodadır.

2.”Söhbət Avstriyanın Mərkəzi Bankının törəmə müəssisəsi, banknot çap edən “OeBS” şirkətinin rəhbərliyinin işi üzrə keçirilən məhkəmə prosesindən gedir”. “Yeni xeber.info” 30.03.2014-cü il.

3.Əsginas-Bankın kredit bileti, kağız pul.

4.Oxunuş zamanı oxucunun dili sınmasın deyə “dollarlar” sözü “əskinaslar” kimi getmişdir.

 

 

Quliyev Elxan Sarı.o.                


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam