Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Günün xəbəri

Ölkədə bu qədər insan əmək pensiyası alır

Ölkədə bu qədər insan əmək pensiyası alır

 

"Hazırda sosial müdafiə sistemi vasitəsilə 1 milyon 330 min nəfər əmək pensiyası ilə təmin edilir"

 

Yenixeber.org: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, ötən 11 ildə əmək pensiyası xərcləri 6 dəfəyə yaxın, onun orta aylıq məbləği 6,4 dəfə artıb

 

Bu artım dinamikasının davamı olaraq, cari ilin ötən dövründə pensiyaların orta aylıq məbləği ilin əvvəlinə nisbətən 5,2 faiz artaraq, 01 oktyabr 2017-ci il tarixinə  203,2 manata, o cümlədən yaşa görə pensiyanın orta aylıq məbləği 226 manata çatıb. Onu da bildirək ki, dayanıqlı sosial-iqtisadi inkişaf şəraitində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin mütəmadi artımı pensiya və müavinətlərin də vaxtında maliyyələşdirilməsinə imkan verib.

2017-ci il tarixinə respublika əhalisinin 4,5 faizi və ya 460 min nəfər müxtəlif növ müavinətlərlə təmin olunur. Son on ildə bu sosial ödənişlərin orta aylıq məbləği  3 dəfədən çox artırılıb.

Nazirlikdən qeyd olunur ki, hazırda 97,2 min ailənin 400,4 min nəfər üzvü ünvanlı sosial yardım alır. 2017-ci ilin 1 oktyabr tarixinə ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 150 manat təşkil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam