Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Etibar Babayev ATV-yə vitse-prezident gəldi

 

Telekanalın reklamdan əldə etdiyi milyonlar hara sərf olunur?


"Xeberinfo.com":   Tanınmış telejurnalist Etibar Babayevə yeni vəzifə verilib. Lent.az-ın məlumatına görə, o, “Azad Azərbaycan” telekanalında yeni yaradılmış Bədii Şuraya sədr təyin edilib. Etibar Babayev bununla yanaşı, telekanalın vitse-prezidenti səlahiyyətlərini də həyata keçirəcək. Məlumat ATV-dən təsdiqlənib.  
Qeyd edək ki, Etibar Babayevin sonuncu vəzifəsi AzTV-nin nəzdində Televiziya və Radio Akademiyasının rektoru idi. O, bu vəzifədən öz ərizəsi ilə getmişdi.
Bu arada “Unikal” qəzeti ATV ilə bağlı ilginc faktlar dərc edib. Qəzet yazır ki, yerli telekanallar arasında ən çox reklam əldə ATV-dir. Məlumatlara görə, ATV reklamlardan ay ərzində təxminən 2 milyon manat həcmində gəlir götürür. Bu məbləğin illik toplamı isə 24 milyon manat deməkdir ki, bunun da yalnız çox cüzi bir hissəsi yaradıcı kollektivin əmək haqqına və texniki xərclərə sərf olunur. “Belə olan halda, ATV prezidenti Vüqar Qaradağlının cavablandırması gərəkən bir sual ortaya çıxır: Bəs, yerdə qalan milyonlarla manatın aqibəti necə olur? Axı, fakt ondan ibarətdir ki, ATV özəl layihələrə pul ayırmır, işçilərinin maaşı digər telekanallardakı əmək haqlarından heç nə ilə fərqlənmir və s. Hesab edirik ki, evimizə vulqar ifadələr və küçə söyüşləri daşıyan ATV-nin maliyyə durumu ilə bağlı da ciddi araşdırmalara ehtiyac var”,- deyə qəzet yazır.
 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam