Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Başlayar "HƏRBİM"

 

Xəyalım yenə də düzənsiz olub,
"Aran gedir Turana", "Turan gəlir Arana".
Fikirlər bilmirəm, uçur hayana,
Səs oynar başımda vuran, vurana!...
*****
İnsanlar yamanca qaniçən olub,
Bir salam verdinsə tərs gəlir sözün.
Sümürüb nə varsa canbiçən olub,
Baxışı dəyişir, bərəlir gözün.
*****
Düşünüb, daşınıb heç anlamıram,
Bizlərmi dəyişdik  yoxsa ki, dövran?!...
Dövranı, zamanı heç danlamıram,
Yuyulub beyinlər, kirlənibdi qan...
*****
Başımın havası çənli, dumanlı,
Doğrusu, təmizcə düşünəmmirəm.
Ümidlər sıfırdı qara gümanlı,
Bir küncə çəkilib  büzüşəmmirəm...
*****
Uçuşan xəyalım, keçmişə qayıt,
Yaşamaq "o" gündü bu günə baxma.
Yatıbdır xatirəm, ayılt sən, ayılt,
Eynək tək kölgəmi gözümə taxma!...
*****
Qəlbimin niskili könül yaramdı,
Gömülüb köksümə yandırır məni
Həyatda "xöşbəxt"lik nədən haramdı?!...
Keçmişin acısı qandırır məni...
*****
Sanmadım bu dünya belə fırlana,
Bir insanoğlunu  belə azdıra.
Bu həyat ömrümü belə sındıra,
Ürəyim bu yükü harda basdıra?...
*****
Xəyalım, dön geri uzağa getmə!...
Aran qəlbindirsə  Turan  ürəyin.
Şeytandı qarşında  tuzağa getmə,
Haqq yolu sənindir, vuran əl sənin!...
*****
Yol azan duyğular bilməm nə yazar,
Kəlmələr dolaşıq, Allahdı kərim.
Qələmim itisə, sözüm "gor" qazar,
İnqilab, istəsək başlayar "HƏRBİM"...

Təranə Şəms


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam