Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Ermənilər gah nala vurur, gah da mıxa" - VİDEO

“Ermənistan hakimiyyəti nə edəcəkləri barədə bir qərara gələ bilmir. Hazırki vəziyyətdən çıxış yollarını tapmaqda çətinlik çəkirlər. Ermənilər gah nala vurur, gah da mıxa. Biri bir söz deyir, digəri onun əksinə olan başqa bir söz deyir. Bu sadəcə mövcud vəziyyətdə çaş-baş qalmaq deməkdir”

 

Xeberinfo.com:   Bu barədə ANS TV-nin “Hesabat” verilişində Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov deyib.

PA rəsmisi son günlər cəbhə bölgəsində yaşanan gərginlik fonunda Ermənistan prezidenti Serj Sarkisyanın danışıqlardan imtina etməsini və Qarabağ münaqişəsinin həlli ilə bağlı siyasi arenada baş verənlər haqqında fikirlərini bölüşüb.

Cəbhə bölgəsində baş verən döyüşlərdən sonra dünyanın diqqətinin bir daha Azərbaycanın probleminə yönəldiyini qeyd edən Novruz Məmmədov münaqişənin ədalətli həllini dəsətəkləyənlərin sayının dahada artdığını, Rusiya, ABŞ və Fransanın da Azərbaycanın ədalətli mövqeyni dəstəklədiklərini bildirdi.

“Azərbaycanın səbri tükənir. Bunu bütün ölkələr görür, nəzərə alır və almalıdırlar”, - deyə prezindent administrasiya rəhbərinin müavini Novruz Məmmədov vurğulayıb.

N.Məmmədov, həmçinin əlavə edib ki, Azərbaycan və Ermənistan təmas xəttində vəziyyətin gərginləşməsindən ölkəmizin nüfuzuna təsir etməyib - "Azərbaycana investisiya qoymaq, əməkdaşlıq etmək istəyənlərin sayı artıbı, beynəlxalq banklar, fondlar da ölkəmizlə əməkdaşlıq edir, dünya Azərbaycanı risk, təhlükə zonası kimi görmür."




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam