Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

BİR DAHA TARİX ELMLƏRİ DOKTORU CƏMİL HƏSƏNLİ HAQQINDA

 

"Xeberinfo.com":  “Azadlıq.info” saytının imzasıyla 18.06.2015-ci il tarixdə “Yeni Müsavat” qəzetinin yazarına  məktub unvanlanıb. Məktubda deyilir: “ Ötən gün “Yeni Müsavat” qəzetinin yazarı Xalid Kazımlının  Milli Şura sədri Cəmil Həsənli haqqında peşmançılıq yazısını oxudum. Guya yazar 2013-cü ildən sonrakı dövrdə Cəmil Həsənli haqqında ciddi kompromatlar əldə edib və buna görə də onu dəstəklədiyinə görə peşman olub”.

 Heç bir partiyanın üzvü deyiləm və X.Kazımlıdan fərqli olaraq əqidəmə sadiqəm, daim haqqı dəstəkləmişəm və dəstəklədiyimdən də peşman deyiləm.

Əvvəlcə X.Kazımlının həvəslə işlətdiyi “kompromat” ifadəsini araşdıraq. Lüğətdə həmin ifadə belə izah olunur: nüfuzdan salma, gözdən salma, adına ləkə gətirmə. Ataların bir məsəli var: kor deyəndə öz gözünə, kecəl deyəndə öz başına yapış.Yazının sonunda -(R.S) verilən xatırlatmalara görəsən X. Kazımlı necə cavab verəcək? Bir çömçə hörrə üçün əqidəsini dəyişməklə X.Kazımlı əqli mülkünün xəstə və əlil olduğunu dili ilə sübuta yetirir.

X.Kazımlı çox uzağa getməsin, burnun altındakı ABB-da baş verən milyard dollarla maliyyə fırıldaqları ilə özlərinə elə kompromatlar düzüb qoşublar ki, həmin ləkələri  heç sulfat turşusu ilə də təmizləmək mümkün deyil.

C.Həsənli “Məqsədimiz Azərbaycan xalqının normal həyat haqqını özünə qaytarmaqdır” deyərək mitinqlərdə də əqidəsinə sadiq olduğunu bəyan edib və edir. O, Tanrı tərəfindən Azərbaycan xalına bəxş edilmiş  dəyərli və pak şəxsiyyətdir. C.Həsənlini bu gün yox, illərlədir tanıyıram. Onun təfəkkür tərzi dərin, mətin, bir  tarixçi, yaradıcı alim kimi səviyyəsinə bələdəm. 

Cəmil müəllimə həsr etdiyim bu müxəmməs mətbuatda dərc olunmamış, internetə veriməmiş, ancaq “Haqq-ədalət sorağında” kitabımda əksini tapıb.  Şair olmasam da onun xarakterini, vahid əqidə sahibli olduğunu müxəmməsdə göstərməyə çalışmışam.

CƏMİL

Hörmət bəsələdiyim tarix elmləri doktoru professor

 Cəmil Poladxan oğlu Həsənliyə həsr edirəm

Müxəmməs

Məsləkini dəyişməmiş siyasəti duyan Cəmil,

Qüdrətini itirməmiş həqiqəti sevən Cəmil,

Bildiyini gizlətməmiş söz sərrafı olan Cəmil,

Əqli mülkü tükənməmiş ağıl dərsi verən Cəmil,

Əzəl gündən vahid yolu fikirləşib seçən Cəmil.

 

Cəmil bəyə üz tutulub bu on nəfər seçimində,     

Aqilliyə səs verilib yüz-yüz minlər   cərgəsində,

Səviyyədə tək görünüb namizədlər sırasında,

Mübarizlikdə mərd tanınıb seçilənlər arasında,

Xalqı ilə əlbir olub can bir qəlbdə qalan Cəmil.

 

İqtidara tərif yazdı heç baxmadı  haqqa bəylər,

Yetərincə fakt sanadı dərk etmədi puma dişlər,

Düz sözünə şər atıldı fısıldadı haça dillər,

Çıxışına tərs baxıldı xortuldadı boçqa fillər,     

Dediyindən o, dönməyib təzyiqlərə dözən Cəmil.

 

 

Əqli mülkü tükənənlər şər-böhtana bulaşdılar,

Tərbiyəsi kəm gədələr təhqirə də yapışdılar,

Mərifəti itirənlər zəhər dillə alışdılar,

İteveni zay edənlər yaman fikrə calaşdılar,

Rəzillərdən çəkinməyib döyüş yolu keçən Cəmil.

 

Elin dərdi düşündürdü Cəmil bəyi bu seçkidə,

Namizədlər kimliyini bilindirdi bu seçkidə,

Təlatümlü gizli oyun törətdildi bu seçkidə,

Siyasəti puç  olanlar qorxu çəkdi bu seçkidə,

İmtahandan  yaxşı çıxıb vuruşlarda taran Cəmil.

 

Ləyaqəti, durumuyla yaşayıb, var yapır insan,

Mərifəti, şöhrətiylə tanınıb, şad olur insan,

Əziyyəti, zəhmətiylə yüksəlib, ad alır insan,

Barlı elmi, bilgisiylə yaradıb, kəşf edir insan,

Yradandan qüvvət alıb  yeni dünya quran Cəmil.

 

 Körpəlikdən adət edib  məşğulluğu zəhmət olub,

Keçmişindən-gendən keçib yoldaşlığı sabit olub,

Özülündən şərbət iiçib möhkəmliyi təsbit olub,

Gəncliyindən sevib, seçib tarix elmi sənət olub,

“Şəxsiyyət”dən yaza-yaza müdrikləşib daşan Cəmil.

 

Həyatında tarix yazıb bir iz qoydu oğul doktor,

İnancında yanılmayıb Tanrı sazdı ata doktor,

Xılqətində uduzmayıb məşhur  soydu baba doktor,

Çıxışında düz söz deyib haqqı saydı sərdar doktor,

Gələcəkdən xəbər verib baryerləri aşan Cəmil.

 

Canlı ekran görümdədir, cəmiyyəti görən gözdü,

Sönməz ocaq gücündədir, bir əbədi yanan közdü,

Haqdan gəlmə tərzindədir, xəzinəsi yetkin sözdü,

Əsli, nəsli tarixdədir, səcərəsi əslən türkdü,

Məqsədindən əl üzməyib bəsirəti dastan Cəmil.         

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam