Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

QARABAĞSIZ


 

"Xeberinfo.com": 

 

Dözəmmirik  Qarabağsız,

Görəmmirik  Qarabağsız,

Bölüşmürük   Qarabağsız,

Düşünmürük  Qarabağsız,

Var ağılla iş görənlər.

 

Qarabağı qan ağlayır,

Köckünləri dərd ağlayır,

Şəhidləri el ağlayır,

İtkinləri çox axtarır,

Siyasətlə iş görənlər.

 

Əhalisi koçkünləşib,

Siyasəti cürükləşib,

Balayanı dərdə düşüb,

Qurduqları tora düşüb,

Cəlladlıqla iş görənlər. 

 

Nalə çəkmək işə keçməz,

Qərar vermək kömək etməz,

Sülhə getmək torpaq verməz,

Haqq işində məğlub olmaz,

Əsləhəylə iş görənlər.

 

Ağ ayılar iş veriblər,

Sem dayılar seviniblər,

Müsyö-haylar tor hörüblər,

Ələkçilər pay güdüblər,

Hiylələrlə iş görənlər.

 

Ədaləti sarsıdıblar,

Haqq deyəni susdurublar,

Maymaqları aldadıblar,

Ağ yalanı  sıryıblar,

Nakəsliklə iş  görənlər.

 

Danışmağa söz tapıblar,

Pul yığmağa yurd salıblar,

Çay vurmağa bağ alıblar,

ATƏT-inə söykəniblər,

Mutantlarla iş görənlər.

 

 

Kainatda gözləşirlər,

BeMeTedə öcəşirlər,

Ukraynada bölüşürlər,

Qarabağda kökləşirlər,

Çuğulluqla iş görənlər.

 

Allahına sadiq olar,

Hər misrada yurdu anar,

Mərd oğula dastan yazar,

Mənliyinə şükür deyər,

Şairlərlə iş görənlər.

 

Sərkərdə qismində Sizi görürəm,

Döyüşlü aləmdə mərdi görürəm,

Yetərli  gücündə  hərbi görürəm,

Qüdrəti biləkdə, cəngi görürəm,

Ucalar Ramillə saf iş görənlər.

 

Ümidlə yaşayaq inam var olsun,

Orduyla yurdlaşaq qılınc çox olsun,

Silahla yollanaq sərhəd bərk olsun,

Ağılla çalışaq çörək bol olsun,

Yetkindir qoşunla haqq iş görənlər.

 

Başqana söykənib vuruşarıq biz,

Sərdara güvənib  çarpışarıq biz,

Döyüşə girişib sayılarıq biz,

Şuşaya yetişib tanınarıq biz,

Kamildir orduyla mərd iş  görənlər.

 

 

Aprel 2014-cü il

Quliyev Elxan Sarı o.         


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam