Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ukraynadan Rusiyaya nota

 

Ukrayna Xarici İşlər Nazirliyi Rusiya XİN-ə nota göndərib.

"Xeberinfo.com":  Musavat.com xarici informasiya qaynağına istinadən xəbər verir ki, notada rəsmi Kiyev bu gün Moskvada Boris Nemtsovun anım marşında saxlanılan Ali Rada deputatı Aleksey Qonçarenkonun dərhal azad edilməsini tələb edib. Bu barədə XİN rəsmisi Yevgeni Perebiynisin açıqlamasında bildirilir.
“Biz bu gün Rusiya XİN-ə bizim xalq deputatımızın təcili azad edilməsi ilə bağlı nota göndərdik. Hazırda konsulumuzun Aleksey Qonçarenko ilə görüşünü gözləyirik” – əlavə edib Perebeynis. 
Moskva polisi deputatın aksiyadan öncə saxlanıldığını təsdiqləyib. Onun vəkili Mark Feyqinin sözlərinə görə, Qonçarenko polis əməkdaşına müqavimət göstərməkdə təqsirli bilinir. Lakin Rusiya Federasiyası İstintaq Komitəsindən onun Odessadakı bu il mayın 2-də baş vermiş faciə ilə bağlı dindirildiyi qeyd edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam