Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Polşa Rusiyaya qarşı müharibəyə hazırlaşır

 

Polşa hərbiçiləri bildirirlər ki, onlar birləşmiş rus-belarus təcavüzünə qarşı üç gün ərzində çox məharətlə müdafiə olunmağı bacararlar, sonra isə əks hücuma da keçə bilərlər

“Rusiya tanklarının Varşavaya qədər gedib çıxmaları üçün cəmi 48 saat vaxt lazımdır. Ancaq Putin belə bir xoşağəlməz zarafata cəhd edərsə, cavabını da alar”. 

"Xeberinfo.com":  Məlumata görə, bu fikirlər, Polşanın “Obserwator poliyczny” qəzeti yer alan məqaldə dərc olunub. “AzPolitika.info”nun məlumatına görə, məqalədə daha sonra bildirir: “Polşa ordusunun baş tutacaq belə bir tank hücumunu dəf etmək və üstəlik sürətli əks hücuma keçmək bacarığı var. Çünki hazırda Polşa ordusu dünyanın ən yaxşı tankı sayılan “Leopard-2”tankları ilə təchiz edilib”.


Bununla bağlı olaraq qəzet daha sonra aşağıdakıları yazıb: “Bəs rus tanklarının 48 saat içərisində Varşavaya qədər gedə bilməsi barəsindəki kinayəli zarafata necə yanaşmaq olar?
1rtİlk olaraq onu etiraf etmək lazımdır ki, əslində deyilənləri zarafat saymaq olmaz. 48 saat rus tanklarına Polşaya çatmaq üçün yetərlidir. ÇünkiVarşava Rusiya və Belarus tanklarınn yerləşdiyi yerdən elə də uzaqda yerləşmir. Bu məsafə televiziya kanallarının birində tərtib edilən infraqrafikadan fərqli olaraq 1300 kilometr deyil. Rus tanklarının Qərbi Belarusda və Kalininqradda da olduğunu nəzərə alsaq, sadə hesablanma ilə bu məsafənin cəmi 400-500 kilometr təşkil etdiyini müəyyən edə bilərik.
Əlbəttə, burada söhbət qoşunların ilkin həmlələrindən gedir. Bu məsafəni isə tanklar tam doldurulmuş bir benzin çəni ilə qət edə bilərlər.
Ehtiyatda olan Polşa hərbi komandirləri, təcrübəli tankçılar bildirirlər ki, onlar birləşmiş rus-belarus təcavüzünə qarşı üç gün ərzində çox məharətlə müdafiə olunmağı bacararlar. Sonra isə hətta əks hücuma da keçə bilərlər. Bunu yaxşı anlamaq üçün Polşa ordularının yerləşmə mövqelərinə baxmaq kifayətdir.

3PUBelə şübhələr var ki, Rusiya qoşunları ilə qarşıdurma zamanı Polşa dəfələrlə zəif vəziyyətdə olacaq. Digər tərəfdən rəqibin nüvə silahından istifadə edə biləcəyi təhlükəsini də nəzərə alsaq, ümumi mənzərənin Varşava üçün nə qədər təhlükəli olduğu aydınlaşar.
Düzdür, Polşa NATO- nun üzvüdür. Amma bu cür vəziyyətdə müdafiə baxımından onun ordusunun digər Qərb ölkələri tərəfindən tam ciddi dəstəklənəcəyi illuziyasına qapılmağa da dəyməz.

“Leopard-2”

“Leopard-2”

Lakin bütün bunlara baxmayaraq, iki ordunun tank döyüşlərinin birinci mərhələsinin Polşanın qələbəsi ilə nəticələnəcəyi şübhə doğurmur. Çünki Polşa ordusunun döyüş cərgəsində Almaniya istehsalı olan “Leopard-2”tankları öz qarşısına gələn hədəfləri məhv etmək üçün ideal hərbi maşındır.
Buna baxmayaraq, Polşanın tank qoşunlarının modernləşməsinə, şəxsi heyətin intensiv və keyfiyyətli təlim məşq keçməsinə böyük ehtiyac var. Polşa ordusundakı tank birləşmələrinin yüksək döyüş qabiliyyətınə malik olması sevindirici faktdır. Ancaq yeganə çatışmayan cəhət bu tankların sayının az olmasıdır.
Baş verəcək müharibə şəraitində, Polşa ordusunun həyata keçirəcəyi əks hücum əməliyyat zamanı ehtiyat tank qüvvələrinin çatışmaması pronlemlər yarada bilər.
Ona görə də, Varşava gələcəkdəki mümkün təhlükələri nəzərə alaraq, öz tank ehtiyatını artırmalıdır. Eyni zamanda aviasiya və pilotsuz uçan hərbi texnikalara da ehtiyac duyulduğunu diqqətdən kənarda qoymaq olmaz”.

2PBVMəqalənin sonunda qeyd edilir ki, Polşanı aşağılamaq, gücsüz kimi göstərmək məqsədi ilə deyilmiş yersiz və kinayəli sözlərə əhəmiyyət vermək lazım deyil: “Çünki bu cür ifadələr daxili istehlak üçün nəzərdə tutulmuş təbliğatdır və mahiyyət etibarı ilə Rusiyanın özünə ziyandır”.

 

 

AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam