Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Putinin Polşa ilə birlikdə planı Varşavanı qarışdırdı

 

thumbs (1)

        Polşanın keçmiş xarici işlər naziri və hazırkı parlament spikeri Radoslav Sikorski “Politico” jurnalına Rusiyanın 2008-ci ildə Polşaya Ukraynanı bölmək təklifi verməsi haqda müsahibəsi Varşavada kəskin tənqidlə qarşılanıb.

     "Xeberinfo.com": Sikorski ilk öncə Rusiya-Polşa görüşündə deyilənləri “səhv başa düşdüyünü” desə də, daha sonra olanları “dəqiq xatırlamadığını” və görüşün ümumiyyətlə baş tutmadığını bildirib.

     Qeyd edək ki, Polşa parlamentinin spikeri Radoslav Sikorski bildirib ki, 2008-ci ildə Polşa rəhbəri olanda Rusiya prezidenti Vladimir Putin ona Ukraynanı öz aralarında bölməyi təklif edib.

     “Reuters” xəbər agentliyi məlumat verir ki, sentyabr ayınadək Polşanın xarici işlər naziri olan Sikorski Putinin bu təklifini ABŞ-ın “Politico” vebsaytına bildirib. Onun sözlərinə görə, Putin Polşanın baş naziri Donald Tuskun 2008-ci ildə Moskvaya səfəri zamanı belə deyib. Sonradan isə Sikorski həmin müsahibənin “tərcümədə təhrif” olduğunu bildirib.

   “O istəyirdi ki, Ukraynanın bölgüsündə biz də iştirak edək. Putin baş nazirimiz Donald Tuskun Moskvaya səfəri zamanı belə deyib. Putin qeyd etmişdi ki, Ukrayna qondarma ölkədir, Lvov isə Polşanın şəhəridir. Bu məsələyə birlikdə aydınlıq gətirmək lazımdır”, – 19 oktyabr müsahibəsində Sikorski bildirib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam