Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Gürcüstan parlamentində qorxulu hadisə - Deputatların halı pisləşdi

Gürcüstan parlamentində qorxulu hadisə - Deputatların halı pisləşdi
Gürcüstan parlamentinin deputatları təcili olaraq iclas zalını tərk ediblər. Buna səbəb müxalifətçi deputatların zala kəskin qoxulu maye tökməsi olub.

Yenixeber.org: Bu barədə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının nümayəndəsi Nukri Kantariya jurnalistlərə bildirib. Onun sözlərinə görə, bunu Vahid Milli Hərəkatın deputatları ediblər.
Parlament sədrinin müavini Mamuka Mdinaradze isə hesab edir ki, mayeni zala "Avropa Gürcüstan - Azadlıq Hərəkatı" partiyasını təmsil edən İrma Nadiraşvili və Lela Keburiya töküb.

"Bunu oyun və ya tamaşa adlandırmaq olmaz. Bu, elementar zəif düşünülmüş destruksiyadır. Mən ilkin versiyanı səsləndirə bilərəm. Bunlar "Avropa Gürcüstanı"nın iki qadın üzvləridir. Hər şey kameralarda görünür və hər şey aydınlaşacaq. Əminəm ki, onlar cinayətə getməzlər, amma hamını təxliyə etmək qərarına gəldik", - deyə Mdinaradze vurğulayıb.

Hadisə nəticəsində bəzi deputatların halı pisləşib. Millət vəkili Gia Qaçeçiladze hadisəni terror aktı adlandırıb.

Parlament sədri Arçil Talakvadze hazırda baş verənlərin təfərrüatlarının araşdırıldığını deyib. Hadisə yerinə Daxili İşlər Nazirliyinin nümayəndələri gəlib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam