Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ABŞ-da güclü qar nəticəsində - yüzlərlə reys təxirə salınıb

ABŞ-a qış vaxtından əvvəl gəlib. Noyabrın 12-də Orta Qərb ştatları rayonunun məruz qaldığı Arktika siklonu havanın kəskin pisləşməsinə gətirib çıxarıb. Bir neçə ştatda və böyük şəhərlərdə, o cümlədən Çikaqoda güclü qar yağıb. Orta Qərb ştatlarından keçən soyuq hava cəbhəsi yerini şimal-şərq istiqamətində dəyişib.

Yenixeber.org: Vaşinqton, Boston və Nyu-Yorkda havanın temperaturu sıfır dərəcədən aşağı düşüb. Havanın pisləşməsi yol hərəkətinə təsir göstərib. Miçiqan ştatında iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində üç nəfər həlak olub. Ohayo ştatının I-80 şosesində 16 avtomobilin toqquşması nəticəsində 21 yaşlı qız həlak olub. Qəzalara yollarda görünüşün aşağı səviyyədə olması səbəb olub.

Milli Meteorologiya Xidmətinin məlumatına görə, noyabrın 14-də havanın temperaturu kəskin yüksəlməyə başlayacaq və Selsi ilə 10-15 dərəcəyə çatacaq. Həftənin birinci yarısında hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar Çikaqo şəhərinin O`Xara Beynəlxalq Aeroportunda 1200-dən çox reys təxirə salınıb. Bütövlükdə ölkə aeroportlarında 5400-dən çox reys ləngiyib. Ölkənin şimal-şərq rayonlarındakı məktəblərin çoxunda dərslər təxirə salınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam