Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Amerika ştatlarını şaxta bürüyüb

Çikaqoda Antarktikadan daha soyuqdur

Yenixeber.org: Amerika Birləşmiş Ştatlarının qar örtüyünə bürünən Çikaqo və Minneapolis də daxil olmaqla bir sıra iri şəhərlərini bu həftə daha sərt soyuqlar gözləyir. Havanın kəskin surətdə dəyişməsinə səbəb Orta Qərbin dərinliklərinə və Amerikanın şimal-qərb ştatlarına doğru irəliləyən soyuq arktik hava axınıdır.

Şimali Dakotadan Menədək onlarca ştatda havanın rekord dərəcədə aşağı temperaturu proqnozlaşdırılır. Ən aşağı və həyat üçün təhlükəli temperatur Çikaqoda gözlənilir. Bu şəhərdəki Şimal-Qərb Memorial Xəstəxanasının həkimləri şaxtadan barmaqlarını itirmiş bir neçə pasiyenti qəbul ediblər. ABŞ Milli Xidmətinin sinoptikləri xəbər veriblər ki, çərşənbə axşamı Çikaqonun özündə və İllinoys ştatının şimalında mənfi 46 dərəcə Selsi qeydə alınıb. Bu, çərşənbə günü ən aşağı temperaturun mənfi 22 dərəcə Selsi təşkil etdiyi Antarktikadakı Pristli buzlağından daha soyuqdur. Miçiqan və Viskonsindəki hündür qar örtüyü regionda yüzlərlə avtomobil qəzasına və aeroportlarda minlərlə reysin ləğvinə gətirib çıxarıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam