Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Türkiyənin baş nazirindən ermənilərə barış mesajı

 

“Biz səmimi şəkildə istəyirik ki, yaraları sağaldaq, ağrılara şərik çıxaq...”

 

Türkiyənin baş naziri Əhməd Davudoğlu Türkiyə ilə tarixi fikir ayrılıqlarını aradan qaldırmaq üçün birgə yollar axtarışına çağırıb.
"Xeberinfo.com":  Məlumata görə, bu barədə “Hurriyet” nəşri yazıb. 
Baş nazirin sözlərinə görə, ermənilər və türklər “ortaq 800 illik tarixi nəzərə alaraq” insani münasibətləri inkişaf etdirməli, bir-birilərini yenidən tanımalıdırlar.   
“Bu xalqlar bir-birini anlamaq və ortaq gələcək qurmaq üçün yetkinlik göstərməlidir. Ermənilər və türklər qonşular olaraq və ortaq tarixi bölüşənlər kimi öz problemlərini başa düşə və onların həll yolunu yalnız danışıqlarla tapa bilərlər. Bizim aramızda qarşılıqlı inam və əməkdaşlıq olmalıdır”, - deyə Davudoğlunun yazılı bəyanatında qeyd edilir. 
Baş nazir erməni həmkarlarını “qarşılıqlı iddiaların aradan qaldırılması” üçün tez-tez Türkiyəyə baş çəkməyə çağırıb. “Biz səmimi şəkildə istəyirik ki, yaraları sağaldaq, ağrılara şərik çıxaq və dostluğu bərqərar edək” – Davudoğlu əlavə edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam