Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Ukrayna prezidenti uğursuz zarafata görə Kadırovdan necə üzr istədi? – Yeni DETALLAR

Ukrayna prezidenti Vladimir Zelenskinin yumorist olduğu zamanklarda uğursuz zarafata görə Çeçenisatan lideri Ramzan Kadırovla yananmış münaqişəsinin detalları üzə çıxıb.  

 

Yenixeber.org: 2014-cü ildə yaranmış həmin konfliktin hansı yolla həll olunması barədə Ukrayanın “Strana” xəbər portalı yeni detallar paylaşıb.

 

Belə ki, 2014-cü ilin payızında “Kvartal-95” studiyasının sahibi Vladimir Zelenski o zamanlar Ukrayna daxili işlər nazirinin müavini olan Vladimir Yevdokimovun qəbuluna gəlir. Qəbula gələn Zelenski yumoristik nömrələrdən birində Çeçenistan lideri Ramzan Kadırovun parodiya olunmasından başlanan narazılıqdan qorxurdu. Həmin kadrlarda Kadırovun dini ibadəti fonunda yumoristlərin zarafat etmələri geniş səs-küy yaratmışdı.

Vladimir Zelenski Kadırovdan jurnalistlər qarşısında üzr istəmişdi. 2019-cu ildə isə Çeçenistan liderinin mətbuat katibi Alvi Kərimov tərəflər arasında heç bir narazılığın qalmadığına ehyam vurmuşdu.”Əgər kimsə, nəsə montaj edibsə və Zelenski bu görüntülərə aidiyyatı olmadığı üçün üzr istəyibsə, bu normal insan halıdır”-deyə Kərimov demişdi.

 

Ukrayanın “Strana” portalı üzr məsələsində, ictimaiyyətdən gizli qalan təfərüatları 5 il sonra üzə çıxarıb.

 

“Qalmaqal böyüyən ərəfədə Zelenski öz təhlükəsizliyindən narahat idi. Buna görə o nazir müavini Vladimir Yevdokimova müraciət etmişdi. Və sonuncu doğurdan da Zelenskiyə yardım etdi. Həmin vaxt, Yevdokimovun ətrafındakılardan biri, “Avromeydan” zamanı şəhər polisinin rəisi olmuş Vitali Strijak Zelenskinin kriminal aləmdə sıx əlaqələri olan Yuri Yerinyakla (Moldovan) görüşünü təşkil etmişdi.

Zelenski ilə birgə görüşə Strijakın müavini Yevgeni Koval da göndərilmişdi. Üzr məsələsi ilə bağlı danışıqlar xeyli çəkdi. Yerinyak ilk olaraq, Çeçenistanda “Apti” adlanan daxili işlər nazirinin müavini ilə, sonradan isə nazirin özü ilə danışıqları olmuşdu. Kriminal avtorotet çeçen nazirlə Vladimir Zelenskinin birbaşa telefon danışığını da təşkil etmişdi”-deyə sayt yazır.

 

İddialara görə, Zelenski  Yerinyakla birgə (Moldovan) Çeçenistana uçaraq, Kadırovdan şəxsən üzr istəməli idi. Amma sonradan, Zelenski Qroznıya uçmaqdan imtina edərək, Yarinyakı bahalı tərtibatda olan “Quran” kitabı ilə birgə Kadırovun yanına üzrxahlığa göndərmişdi.

“Strana”nın yazdığına görə Yerinyak təklikdə məsələni yoluna qoysa da, gələcək Ukrayna prezidentinin bahalı maşını Kiyevin mərkəzində yandırılmışdı. Ukrayna mətbuatı Kadırovla arasında gərginliyi aradan qaldırmaqda köməyinə görə prezidentin Yevgeni Kovalı polis rəisinin 1-ci müavini təyin etdiyi qeyd edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam