Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Ayətullah Məkarim Şirazi “Sərxoş eşq”ə möhürünü vurdu: "ŞƏMS TƏBRİZİ HAQQINDA FİLM CAİZ DEYİL"

İranın nüfuzlu şiə alimi Ayətullah Məkarim Şirazi Həsən Fəthinin “Sərxoş eşq” serialının çəkilişini indidən “qeyri-caiz” elan edib.

Yenixeber.org:  İran-Türkiyə birgə istehsalı olacaq filmi ətrafında xeyli vaxtdır ki, böyük mübahisələr və əleyhdarlıq kampaniyası gedir.

Bu gün Qum Elmiyyə hövzəsinin fəqihlərindən biri – Ayətullah Məkarim Şirazi də müraciətlərə əsasən, məsələyə münasibət bildirib.

Onun dəftərxanasından yayılan bəyanatda deyilir: “Rəsmi xəbər agentliklərinə istinadla, dövlət büdcəsindən istifadə edərək Şəms Təbrizi barədə milli televiziya serialının çəkilişinə dair xəbərə çox təəssüf edirik”.

Daha sonra bəyanatda qeyd olunur ki, “bu şəxsin fəsadlı əqidəsi və sufilik inancları sapqın və xəbis olub. Şəms “Məqalələri” (“Məqalat”) kimi tanınan əsərində Peyğəmbər qızına təhqir yer alıb”.

Ayətullah Məkarim Şirazi “Sərxoş eşq” seralının gələcəkdə İslam Respublikası üçün təhlükəli nəticələr doğuracağını vurğulayıb: “Qum mədrəsəsinin alimi kimi, bu təhlükəli mövzunu ən qısa müddətdə dayandırmalıyıq. Təsəvvüf cərəyanını təbliğ etdiyindən bu icazəli (caiz) deyil və bundan çəkinmək lazımdır”.

İran və Türkiyə ortaq istehsalı olan, rejissor Həsən Fəthinin “Sərxoş eşq” filmi Cəlaləddin Rumi (Mövlanə) və Şəms Təbrizinin dostluğundan bəhs edir. Filmin ssenari müəllifi Fərhad Tohidi və Həsən Fəthidir.

İlkin razılaşmaya əsasən, çəkiliş heyəti tanınmış türk və İran rejissorları və aktyorlarının qarışığı olacaq.

Tanlınmış iranlı aktyor Şahab Hüseyninin kinolentdə  Şəms Təbrizinin rolunu oynayacağı gözlənilir. Ktrisa Parsa Piruzfar də çəkilişə dəvət alıb.

Çəkilişlər Konyada aparılacaqdı. Lakin sonradan Xoy şəhərinin də adı hallanmağa başlayıb.

Həsən Fəthinin çəkməyə hazırlaşdığı “Sərxoş eşq” filmi xəbər çıxandan tarixi şəxsiyyətlərin milli mənsubiyyəti  barədə yeni mübahisələr üçün əsas yaradıb.

“Türkiyə illərdir Mövlanəni müsadirə etməyə çalışır və indi Həsən Fəthinin Türkiyə kapitalı ilə çəkdiyi film layihəsi bu İran şairi ilə bağlı böyük narahatlıqlar doğurub”. Bunu sentyabrın 23-dəki sayında İranın “Ferhixteqan” qəzeti yazıb.

Qəzetinin “Mövlanənin Türkiyəyə satışı?” adlı baş məqaləsində filmə bir çox etirazlar, o cümlədən Cəlaləddin Rumi və Şəms Təbrizidən bəhs edən filmdə cəmi bir neçə iranlı aktyora rol verilməsinə etiraz bildirilib.

“Ferhixteqan” qəzetinin iddiasına görə, filmdə Rumi obrazını türk aktyor canlandırmalıdır. Bu, “Sərxoş eşq” filminin türkiyəli sərmayəçilərinin tələbidir.

Filmin ssenarisində Rumi və Şəmsin qədim əlyazmalarda qeydə alınan tərcümeyi-halından sapmalar da narazılıq doğurub.

Xatırladaq ki, bir müddət əvvəl İstanbulda orta əsrlər alimi Əbunəsr Farabinin ev-muzeyinin açılışı da oxşar mübahisələr doğurmuşdu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam