Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyə Rusiyadan “Su-57”lər alır? - VİDEO

Türkiyə Rusiyadan “Su-57”lər alır? - VİDEO
Ötən gün Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan "MAKS-2019" aviakosmik beynəlxalq sərgisinin açılışında iştirak ediblər. Prezidentlər sərgidə nümayiş olunan Rusiyanın ən yeni "Su-57" döyüş təyyarəsinə baxış keçiriblər. Dövlət başçıları nərdivanla təyyarənin kabinəsinə qalxıblar.
Yenixeber.org: "Su-57" təyyarəsindən başqa, prezidentlər "Su-35" qırıcı təyyarəsi, "Ka-62" və "Mi-38" helikopterləri ilə də tanış olublar. Putin, həmçinin türkiyəli həmkarına "Be-200" amfibiya təyyarəsinin əsas xüsusiyyətləri haqqında məlumat verib. 



5-ci nəsil "Su-57" qırıcısına baxış zamanı Ərdoğan Putindən soruşub: "Bu təyyarə uçur?" Putin təsdiqləyici cavab verib və əlavə edib ki, təyyarənin uçuşunu aviaşou zamanı nümayiş etdirəcəklər. 

Ərdoğan yenə sual verib: "Bəs onu satın almaq olar?". Putin bir az düşünüb və yenə təsdiq cavabı verib. Bundan sonra prezidentlər gülməyə başlayıblar.



Bəzi Rusiya KİV-lərində yayılan məlumatlara görə, Türkiyə "Su-57" döyüş təyyarələrinə çox böyük maraq göstərir. İddia edilir ki, ötən gün hər iki ölkənin nümayəndələri arasında "Su-57" və "Su-35"lərin alışına dair danışıqlar aparılıb. Rəsmi qurumlar isə hələlik bu barədə açıqlama verməyə tələsmirlər. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam