ABŞ prezidenti Doland Trampın Tvitter hesabından əcnəbi köklü demokrat qadınlara qarşı işlətidiyi ifadələrlə bağlı bütün dünyada əks-səda doğurmuş qalmaqal davam edir.
Yenixeber.org: ABŞ Nümayədələr Palatasının demokrat qadın üzvləri İlhan Ömər, Rəşidə Tlaib, Aleksandra Okaşiya Kortez və Ayana Presli mətbuata bu məsələ ilə bağlı ortaq açıqlama verərək, Trampa öz sərt münasibətlərini bildiriblər.
D.Trampı "irqçi" olaraq adlandıran xanımlar onun prezident vəzifəsindən getməsinin zəruri olduğunu qeyd ediblər.

Trampın "gəldikləri ölkəyə geri dönsünlər" ifadəsinin qəbul edilməz olduğunu bildirən Omar "Tramp açıqca ağdərili irqçilərin müdafiəçisidir və bunlar irqçi çıxışlardır. Bu cür lider vəzifəsindən azad edilməlidir" - deyə qeyd edib.
Xanım Presli isə Trampın bu cür açıqlamalarla insanların diqqətini ölkədəki əsas problemlərdən uzaqlaşdırmaq olduğunu söyləyir.
Nümayəndələr Palatasının demokrat lideti Nenci Pelosi öz növbəsində Trampa məktub ünvanlayaraq onun immiqqrantlara qarşı bü cür sərt ifadələr işlətməsinə icazə verməyəcəklərini bildirb.
Tramp öz Tvitter hesabında Nümayəndələr Palatasına seçilən qadınların ölkələrinin pis vəziyyətdə olduğunu Amerikaya belə bir ölkələrdən gəlib nə yenilik edə biləcəklərini yazıb.
"Bu xanımların öz ölkələrinin dəyişikliyə ehtiyacı var. Niyə gəldikləri ölkələrə geri gedib oranı düzəltməyə çalışmırlar. Sonra buraya gəlib bizə bunu necə bacardıqlarını göstərmirlər".