Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

London və Nyu-York su altında qala bilər - Dünyanı gözləyən təhlükə

London və Nyu-York su altında qala bilər - Dünyanı gözləyən təhlükə
Amerika və Böyük Britaniyadan olan alimlərin dəniz səviyyəsinin yüksəlməsi ilə bağlı apardıqları araşdırma göstərir ki, 2021-ci ilə qədər London və Nyu-York şəhərləri su altında qala bilər.
Yenixeber.org:  Ən pis proqnozlara görə, Karbon dioksidin atmosferdə konsentrasiyasının hazırkı artımı 80 il ərzində orta temperatur səviyyəsini 5 dərəcə qaldıra bilər. 
Belə bir gedişat okean səviyyəsinin 62 santimetrdən 238 santimetrə qalxmasına gətirib çıxaracaq. Nəticədə təxminən 1,79 milyon kvadrat metr quru sahəsi su altında qalacaq. Bu isə 187 milyon insanın həyatının təhlükə altında olması deməkdir. Dənizdə suyun səviyyəsinin artma mənbəyi əsasən Qrelandiyadakı buzlardır ki, onlar qlobal istiləşmə nəticəsində əriyəcəklər. 

Alimlərin fikrincə, Antarktidanın qərb və şərq hissələrinin qeyri-sabit vəziyyətə keçməsi mümkünlüyü cüzidir. 

Belə proqnozlarla sahildə yerləşən ölkələr, o cümlədən Böyük BritaniyaABŞ və bir sıra Avropa, Asiya ölkələri böyük təhlükəyə məruz qala bilərlər Bununla da, çay deltasında yaşayan 500 milyon insanın həyatı təhlükə altında düşəcək. 

Bundan başqa, daşqınlar böyük köçə səbəb olacaq. Alimlər hesab edirlər ki, belə bir hadisənin inkişaf ehtimalı yalnız 5% təşkil edir, lakin bu cür xəbərdarlıqlar ciddi şəkildə qəbul edilməlidir. 

Qlobal fəlakətin qarşısını almaq üçün iqlim dəyişikliyini dayandırmaq lazımdır. Bunun üçün isə atmosferə buraxılan zərərli maddələrin miqdarı azaldılmalıdır. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam