Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Məşhurların həyatı

 

Məşhur, tanınmış insan olmağın ən mənfi tərəfi odur ki, bu cür insanların şəxsi həyatı olmur

 

"Xeberinfo.com":  Yəni onlar nə edirlərsə, hara və kimlə gedirlərsə, bir sözlə, hər şey göz önündədir.
 
Lakin bəzən də elə olur ki, tanınmışlar etdikləri hərəkətləri, buraxdıqları kobud səhvləri ilə onlara olan marağa, tamaşaçı sevgisinə layiq olmadıqlarını sərgiləyirlər. Məsələn, elə məşhur insanlar var ki, onların keçmişinə nəzər salsaq, o zaman müxtəlif cinayət əməlinə görə həbsdə olduqlarını görmək mümkündür. Budur, milyonlarla insanı arxasından sürüyən məşhurların cinayət hekayələri...
 
Başlayaq elə əfsanəvi repçi Tupak Şakurdan (2PAC Shakur). Amerikanın tanınmış aktrisası Afeni Şakur və Billi Qarlandın ailəsində dünyaya gəlmiş Tupak cinsi təcavüz ittihamından 8 ay həbsdə olub. O, 2 dəfə də səhvən adam öldürməyə görə məhkəməyə çıxmışdı. 2PAC 1996-cı ildə Mayk Taysonun Las-Veqasdakı çıxışından qayıdarkən güllələnib. Digər ulduzlar kimi onun da əslində ölmədiyi, medianın diqqətindən qaçmaq və tez bir yolla varlanmaq məqsədi ilə ölümünü saxtalaşdırdığı iddia edilir.
 
Məşhur türk sənətçisi Bülənt Ərsoy 19 sentyabr 1980-ci ildə evinə gələn hakimi təhqir etdiyi üçün həbs olunub. O, İzmir Buca cəza evinə yerləşdirilib.  Bu işlə bağlı 3 noyabr 1980-ci ildə keçirilmiş məhkəmə prosesində Ərsoy barəsində 11 ay 20 gün müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıldı. Lakin həbsxanada qaldığı 45 gün göz önünə alınaraq bu cəza təxirə salındı. Ərsoy bir qədər sonra Quşadasında jurnalistə hücum etdiyi üçün  Sökə cəza evindəki qadın kamerasına yerləşdirilir. Bülənt orada 2 ay həbsdə yatır.
 
Sərdar Ortaç 1999-cu ildə hərbi xidmətə getməkdən canını qurtarmaq məqsədilə hiyləyə baş vurduğu üçün Mamak Əsgəri Həbsxanada 54 gün cəza çəkib.
 
İbrahim Tatlısəs 1987-ci ildə İzmirdə film çəkilişləri zamanı bəzi səhnələri İzmir Fuarında (Sərgi) lentə almaq istəyib. Lakin o, giriş üçün xüsusi icazə almadığı üçün polislər çəkiliş qrupunu əraziyə buraxmayıb. Bu isə Tatlısəsin əsəbləşməsinə, özündən çıxmasına səbəb olub. Polislərlə mübahisə edən İbrahim hüquq mühafizə orqanlarının əməkdaşlarını təhqir edib və bu səbəbdən də Buca cəza evində 16 gün həbsdə olub.
 
Gökhan Özen bərbər Mehmet Gülsümün qaçırılaraq döyülməsi hadisəsinə qarışdığı üçün 2 ay həbsxanada qalıb. Məhkəmənin qərarı ilə cinayəti sübuta yetirilən Özenə 2 il həbs cəzası verildi. Lakin bəzi yüngülləşdirici hallar nəzərə alındıqdan sonra onun cəzası 10 aya endirildi. Müğənninin ilk cinayəti olduğundan ona verilən cəza 5 il müddətinə təxirə salındı.
 
Türkiyənin tanınmış müğənnisi Haluk Levent 1997-ci ildə 10 il öncəyə aid 3 milyon lirəlik maxinasiyada ittiham olunaraq həbs olundu. Onu ilk öncə Adana E Tipli cəza evinə, oradan isə Metris cəza evinə göndəriblər. Levent  9 ay 15 gün həbsdə olub.
 
Kənan Kalav («Çalı Quşu» filmindəki Kamran-V.B.) karyerasının ən parlaq dönəmlərində  narkotik qaçaqmalçılığında ittiham olunaraq İspaniyada illərlə həbsdə yatıb.     
 
Məşhur müğənni Deniz Seki narkotik maddədən istifadə etdiyinə və aludəçiləri narkotik maddə ilə təmin etdiyinə görə bu ilin fevral ayının 24-də həbs olunub. Hazırda o, Bakırköy Qadın və Uşaq Həbsxanasında cəza çəkir.
 
Amerikalı müğənni, fotomodel və aktrisa Paris Hilton spirtli vəziyyətdə avtomobil idarə etdiyi üçün onun sürücülük vəsiqəsi müvəqqəti əlindən alınıb, barəsində 45 günlük həbs qərarı çıxarılıb.
 
Hollivudda "Rosemarys Baby" və "Chinatown" kimi məşhur filmlərin rejissoru olan, "Pianoçu" filmi ilə şöhrətini bir qədər də artıran kinorejissor Roman Polanski təxminən, 30 il öncə işlədiyi bir cinayətə görə həbs olunmuşdu. Belə ki, 40 yaşlarında o, 13 yaşlı Samanta Geimere təcavüz etmişdi. Həbs edilməməsi üçün ABŞ-dan qaçan Polanski, 2009-cu  il sentyabrın 27-də Sürix Film Festivalında layiq görüldüyü "Yaşam Boyu Uğur" mükafatını almaq üçün getdiyi İsveçrədə yaxalanıb. Barəsində hələ məhkəmə hökmü çıxarılmadan Polanski Polşaya qaçıb və bununla da həbsxanaya girməkdən canını qurtarıb.
 
Qaradərili olmasına baxmayaraq, vücudu ilə hələ də kişilərin ağlını başından almağı bacaran Naomi Campbel şkafında paltarlarını tapmadıqda əsəbiləşib, cib telefonunu qulluqçusuna tərəf fırladıb. Məhz bu hərəkətinə görə, Campbel Nyu-York şəhərinin küçələrini süpürüb və ictimai tualeti təmizləyib.
 
Məşhur rejissor Oliver Stone narkotik maddə saxlamaq, eləcə də narkotik maddənin təsiri altında avtomobil idarə etməkdə təqsirli bilinərək həbs olunub. Məhkəmənin qərarı ilə o, ictimai işlərə cəlb olunub və məcburi qaydada müalicəyə alıb.
 
Böyük Britaniyanın rok musiqiçisi, şair və prodüser Pol Makkartni  1980-ci ildə Yaponiya gömrüyündən keçərkən marixuana ilə yaxalanıb. Onun haqqında 7 il həbs cəzasına səbəb ola biləcək iddia qaldırıldı. Lakin 10 gün həbsdə qaldıqdan sonra günahsız olduğu ortaya çıxıb.
 
Uitni Hyuston 2000-ci ildə Havay aeroportunda çantasında narkotik maddə ilə yaxalanıb. Həmin vaxt o, bir neçə günlük həbs olunsa da, sonradan sərbəst buraxılıb.
 
Dünyanın demək olar ki, hər yerində tanınan repçi Lil Kim yalançı şahidlik və kompromat tərtib etməkdə ittiham olunaraq 2005-ci ildə məhkəmə tərəfindən cəzalandırılıb. Prokuror hakimdən repçiyə 20 il həbs cəzasının verilməsini xahiş etsə də, məhkəmə sonda  Lil Kimi 1 il 1 gün azadlıqdan məhrumetmə barədə qərar çıxarır.
 
Əsasən gənc nəslin yaxşı tanıdığı repçi “50 Cent” 1994-cü ildə 6 ay həbsdə olub. Həmin vaxt polis onun evində yoxlama aparıb və nəticədə heroin, kokain və silah tapılıb.
 
Boks tarixinə adını qızıl hərflərlə yazmağa nail olan Mayk Tayson da dustaq həyatı yaşayıb. Belə ki, o, 1992-ci ildə 18 yaşlı qıza təcavüz etməkdə ittiham olunub və 3 il həbsdə olub.
 
Snoop Dog da həmkarlarından geridə qalmır. O, hələ 1990-ci illərdən həbsxana həyatını dadıb. 18 yaşı olarkən Snoop narkotik maddə istifadəsinə, satışına, qanunsuz silah gəzdirməyə və digər cinayətlərə görə həbsdə olub.
 
Dünyanın ən varlı şəxslərindən olan “Microsoft” şirkətinin yaradıcısı Bill Geyts 1975-ci ildə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün həbs olunub. O, 1977-ci ildə də təxminən, eyni əməli təkrarlayıb. 1989-cu ildə isə Billi Geyts içkili vəziyyətdə nəqliyyat vasitəsinin sükanı arxasında oturub və buna görə yenidən həbs olunub. 
 
İtalyan əsilli Amerika aktyoru, rejissoru, ssenaristi və prodüseri Al Paçino 1961-ci ildə qanunsuz silah gəzdirdiyi üçün həbs olunub. Maraqlısı ondadır ki, o, polisə silahı film üçün gəzdirdiyini və özünü silaha alışdırmağa çalışdığını bildirib. Təbii ki, polis onun dediklərinə inanmayıb və nəticədə Al Paçino əməlinə görə cavab verməli olub. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam