Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiya Ermənistanı özünə birləşdirmək istəyir -Səfilyan

 

Rusiya imperiyası zəifləyir və bölgəmizdən çıxma təhlükəsi ilə qarşılaşdığına görə, başqa bir qanlı yolla bizi özünə birləşdirməyə çalışır. Özümüzü qorumaq üçün bu təhlükəni neytrallaşdırmağın vaxtı gəlib çatıb.

Yenixeber.org: Bunu Ermənistanın Sasna Çrer partiyasının lideri Jirayr Səfilyan deyib.

Səfilyan Rusiyanın Ermənistana zərər verdiyini bildirib.

Erməni KİV Sasna Çrerin liderinə etiraz edib və ona xatırladıb ki, Rusiya Ermənistanın təhlükəsizliyin əsas qarantıdır:

“Erməni iqtisadiyyatı Rusiya iqtisadiyyatı ilə sıx bağlıdır, Ermənistanda istehlak edilən qaz Rusiyadan alınır. Əgər Rusiya qazın qiymətini Avropa qiymətləri səviyyəsində müəyyən edilərsə, onda Ermənistan iqtisadiyyatı çökər. Rusiya Ermənistanı silahlandırmaqdan imtina edərsə, İrəvan silah almaq üçün milyardlarla dollar sərf edən Azərbaycanla silah yarışına davam gətirə bilməz. Yəni, Ermənistan Respublikası Rusiyadan çox asılıdır, bura Qarabağ məsələsi də daxildir. Ermənistan Rusiyasız Qarabağı özündə saxlamaq gücündə deyil”.

Erməni KİV Jirayr Səfilyanın bəyanatının Ermənistanın təhlükəsizliyini və Rusiya ilə münasibətləri təhdid etdiyini bildirib.Teleqraf.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam