Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Rusiya İrəvana qarşı bu silahı işə sala bilər –İqtisadçı

 

Rusiya indi daha üstün mövqedədir və istədiklərini Ermənistandan almasa, qaz qiymətlərində endirimə getməyəcək.

Yenixeber.org: Bu sözləri Ermənistanın Təbii Sərvətlər naziri Qaregin Baqramyanın Ermənistanın Rusiyadan alınan qazın qiymətinin endirilməsi üçün danışıqlar aparması ilə bağlı açıqlamasına münasibət bildirən iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, əslində qaz məsələsi Ermənistana Rusiya tərəfdən edilə biləcək təzyiqlərin bir formasıdır:

“Yəni Rusiya əlində bunu əlavə “silah” kimi saxlayır və lazım olanda istifadə edir. Bir sözlə, Ermənistanın siyasətindən asılı olaraq addımlar atır. Əgər Ermənistanın indiki rəhbərliyi və seçkilərdən sonra formalaşacaq hökuməti Rusiyadan daha da aralanmağa və qərbyönlü siyasət yürütməyə çalışsa, bu yöndə addımlar atsa, Rusiya təbii ki, güzəştə getməyəcək. Rusiyanın öz maraqları çərçivəsində Ermənistan addımlar atsa, Kremlin cızdığı sərhədlər çərçivəsində davranacağına söz versə, ola bilər ki, müəyyən endirimlər olsun”.

İqtisadçı vurğulayıb ki, Ermənistan tərəfinin bu danışıqlarda əli xeyli zəifləyib:

“Əvvəllər Ermənistan bu danışıqlarda endirim edilməsə, İrandan qaz alacaqlarını Rusiya qarşısında şərt kimi qoya bilirdi. İranla Ermənistan arasında artıq ikinci boru kəməri də çəkilib qurtarıb. İrandan da Ermənistan qaz alırdı. Amma indi İrana qarşı ABŞ-ın sanksiyaları enerji ixracatında da müəyyən problemlərin yaranmasına səbəb olacaq. Ona görə də Ermənistanın İran kartından istifadə etməsi, İrandan qaz alacağı ilə bağlı Rusiyaya hədə-qorxu gəlməsi çətin olacaq”.

Qeyd edək ki, Ermənistanın Təbii Sərvətlər naziri Qaregin Baqramyan Rusiyadan alınan qazın qiymətinin endirilməsiylə bağlı danışıqlar aparıldığını açıqlayıb.(axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam