Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Millət vəkilindən qadın siyasətçilərə çağırış

 

Millət vəkili Qənirə Paşayeva Azərbaycanın müstəqilliyini yenidən bərpa etməyə başladığı illərdə üzləşdiyi problemlərdən danışıb
"Xeberinfo.com": Millət vəkili Qənirə Paşayeva Asiya Parlament Assambleyasında qadın siyasətçilərə çağırış edib.
Pakistanda Asiya Parlament Assambleyasının 7-ci sessiyasında iştirak edən millət vəkili Qənirə Paşayeva sessiya çərçivısində keçrilən Asiya Parlament Assambleyası Qadın millət vəkilləri toplantısında çıxış edərək müxtəlif ölkələrdən gəlmiş senator və millət vəkili xanımlara Azərbaycanla bağlı geniş məlumatlar verib. O, Azərbaycanın müstəqilliyini yenidən bərpa etməyə başladığı illərdə üzləşdiyi problemlərdən danışıb. O bildirib ki, Ermənistanın yeritdiyi etnik təmizləmə siyasəti nəticəsində 1988-ci ildə 200 mindən artıq azərbaycanlı Ermənistandakı öz tarixi ata-baba yurdundan, öz evindən zorla qovularaq, qaçqına çevrilib. Bunun ardınca isə Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yeridərək, Azərbaycanın 20 faiz torpağını işğal edib və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün 20 ildən artıqdır ki, öz yurd-yuvasına dönə bilmir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları və soyqırımlar, əsir və girov götürülmüş azərbaycanlılar barədə məlumatlar verən millət vəkili iştirakçılara Qarabağ həqiqətlərinə dair kitabları və materialları da təqdim edib.Qənirə Paşayeva vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, Beynəlxalq Təşkilatların qətnamələrinə məhəl qoymur və 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün qadın, dünyanın harasında yaşamasından asılı olmayaraq, bu tədbirdə iştirak edən yüksək səviyyəli qadınlar başda olmaqla dünyanın nüfuzlu, aktiv qadınlarının bu ədalətsizliyə sərt etiraz etməsini, öz yurd-yuvalarına dönmələri üçün onların dəstəyini və bu istiqamətdə səylərini gücləndirmələrini gözləyirlər. Millət vəkili Azərbaycanda qaçqın və məcburi köçkünlərin, qadınların və uşaqların problemlərinin həlli istiqamətində görülən işlər barədə də danışıb. Qənirə Paşayeva tədbir iştirakçılarına Azərbaycanda qadın məsələləri ilə bağlı vəziyyətlə də bağlı məlumat verib. Azərbaycanda Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin fəaliyyət göstərdiyini vurğulayan millət vəkili, qadınların Parlamentdə təmsilçiliyinin 18 faizə, bələdiyyələrdə təmsilçiliyinin 27 faizə çatmasının müsbət bir hadisə olduğunu vurğulayıb. İqtisadiyyatda, biznesdə qadınların rolunun getdikcə artdığını da deyən millət vəkili qadınların dövlətin və cəmiyyətin idarə olunmasında, iqtisadiyyatda və biznesdə rolunun artırılmasının Azərbaycan dövlətinin siyasətində önəmli yer tutduğunu vurğulayaraq, gələcəkdə bu istiqamətdə daha böyük nailiyyətlər gözlənildiyini deyib. Qənirə Paşayeva ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə qadınlar, uşaqlar, təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirilən layihələr və onların uğurlu nəticələri barədə də danışıb. Qeyri-hökumət təşkilatı olaraq Heydər Əliyev
Fondunun nəinki yerli hətta beynəlxalq səviyyədə də bir çox əhəmiyyətli layihələr həyata keçirdiyini deyən millət vəkili Fondun Asiya Parlament Assambleyasının keçirildiyi Pakistanda zəlzələdən zərər çəkmiş bölgədə qızlar üçün tikdirdiyi yüksək səviyyəli məktəbin qızların təhsilinə dəstək kimi müsbət bir örnək olduğunu da vurğulayıb. Millət vəkili dünyanın çoxlu sayda ölkəsinin birinci xanımları, nazir, ictimai-siyasi xadim, alim qadınların iştirakı ilə keçirilən Mədəniyyətlərarası və Sivilizasiyalararası dialoqda qadınların rolunun artırılması da daxil olmaqla, bu istiqamətdə Azərbaycan prezidenti və birinci xanımının təşəbbüsü ilə keçirilən beynəlxalq tədbir və konfranslar barədə də məlumat verib.
Millət vəkili Azərbaycan siyasi və iqtisadi vəziyyət barədə də məlumat verib və senator və millət vəkili xanımları Azərbaycana dəvət edib. Millət vəkili Qənirə Paşayeva Asiyanın müxtəlif ölkələrindən gəlmiş qadın senator və millət vəkilləri ilə ayrılıqda da görüşərək fikir mübadiləsi aparıb. Qənirə Paşayeva onlara müəllifi olduğu kitabları, həmçinin həmmüəllifi olduğu “ Xocalı Soyqırım şahidlərin dilindən” kitabını və rəhbərlik etdiyi Avrasiya Beynlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib. Bundan başqa Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı kitab və materiallar, musiqi albomları da Asiya ölkələrindən gəlmiş millət vəkili və senator xanımlara hədiyyə olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam