Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Polis günahsız ailəni güllələdi - Pakistanda

 

Hadisənin ictimailəşməsindən sonra Lahor şəhərində kütləvi etiraz dalğası başlayıb.

Yenixeber.org: Pakistan hakimiyyəti günahsız ailənin soyuqqanlı şəkildə öldürülməsindən sonra terrorla mübarizə idarəsinin onlarla əməkdaşını həbs edib.

Bu barədə “South China Morning Post” məlumat yayıb.

İnsident yanvarın 19-da, axşam saatlarında baş verib. Polis əməkdaşları maşını saxlayaraq, içində olan dörd nəfəri gülləbaran edib. Qurbanlar yerli ərzaq mağazasının sahibi, onun həyat yoldaşı, 13 yaşlı qızı və ailənin sükan arxasında olan dostu olub.

Asayiş keşikçiləri əmin edirlər ki, onlar avtomobili baxış üçün saxladıqları vaxt içində olan “üsyançılar” onlara atəş açıb və onlar təlimat əsasında hərəkət edərək cavab atəşi açıblar. Onlar sürücünün, əslində, terrorçu olduğunu və ailə üzvlərindən canlı sipər qismində istifadə etdiyini bildirir.

Ailə üzvləri və şahidlər isə tam fərqli ifadələr verir. Onların sözlərinə görə, polis avtomobili dayandırmaq üçün maşını arxadan vurub. Sonradan içində olan insanları soyuqqanlı şəkildə qətlə yetirib. Atəş açmazdan əvvəl avtomobildə olan digər üç azyaşlını kənarlaşdırıblar.

İstintaq zamanı hadisə yerindən “terrorçulara” aid heç bir silah aşkarlanmayıb və insidentlə əlaqədar terrorla mübarizə idarəsinin 16 əməkdaşı həbs olunub.

Hadisənin ictimailəşməsindən sonra Lahor şəhərində kütləvi etiraz dalğası başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam