Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Həmsədr hökumətin partiyanı parçalamaq istədiyini bildirib

 

 

Hökumət bizdən xəbərsiz üzvlərimizlə görüşüb

"Xeberinfo.com": Türkiyədə Xalqın Demokratiya Partiyasının (HDP) kürd əsilli həmsədri Səlahəddin Demirtaş,- “Hökumət məni qarşı-qarşıya gətirmək üçün bəzi təmsilçilərimizlə görüşür”,- deyə qəzəbli açıqlama verib. Musavat.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Səlahəddin Demirtaş hökumətin bəzi HD-lilərlə ondan xəbərsiz görüşdüyünü açıqlayıb. 

 
“Bəzən bəzi idarəçi yoldaşlarımızla ikitərəfli danışıqlar aparırlar, onlar dövlət və hökumət təmsiçiləridir. Bu xəbərlər mənə gəlib çatır. Partiyanı parçalamaq üçün bunu edirlər. Bəzən də bunlar mətbuat üzərindən baş verir. Yoldaşlarımla məni qarşı-qarşıya gətirən işlər görülür,”- deyə o vurğulayıb.
Mediaya açıqlama verən siyasətçi qeyd edib ki, dövlət onların partiyasına müdaxilə edir: “Bunu edirlər. Bəzən bir dedi-qodunu da ciddi bir xəbər kimi təqdim edirlər. Lakin çox müvəffəqiyyətli deyillər. Ancaq müəyyən mənada onların nail olduqları da var. Çünki müəyyən bir müzakirə partiya içində enerjinin boşa xərclənməsinə səbəb olur”. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam