Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
AHİK-də “yenilik” şousu və reallığın acı üzü -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Qaşıqçı cinayətindən 9 gün sonra İstanbula gəldilər və... – DƏHŞƏTLİ İDDİA - FOTO

 

Qaşıqçı cinayətindən 9 gün sonra İstanbula gəldilər və... – DƏHŞƏTLİ İDDİA

Jurnalist Camal Qaşıqçının oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülməsindən tam 9 gün sonra səudiyyəlilər Qaşıqçının cəsədindən xilas olmaq və dəlilləri yox etmək üçün İstanbula bir kimyaçı və bir toksikoloji mütəxəssis göndərib.

Yenixeber.org: Xəbər verir ki, bu haqda Türkiyənin “Sabah” qəzetinin əməkdaşı Abdurrahman Şimşək yazıb.

Onun sözlərinə görə, oktyabrın 11-də Türkiyəyə gələn 11 nəfərlik qrupun içində kimyaçı Əhməd Əbdüləziz Aljanobi və toksikoloji mütəxəssisi Xalid Yəhya Al-Zahrani də olub. Qrup cinayətin araşdırılması üçün deyil, cinayətlə bağlı dəliləri yox etmək üçün gəlib. Onların oktyabrın 12-dən etibarən tam bir həftə boyunca İstanbul Baş konsulluğuna getdiyi bildirilir.

Aljanobi və Al-Zahrani İstanbulun Beşiktaş rayonunda lüks bir oteldə qalıb. Onlar 9 nəfərlik heyətlə oktyabrın 20-də Türkiyədən ayrılıblar.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın “Vaşinqton Post” qəzetinə danışan yüksək vəzifəli bir türk səlahiyyətli konsulluqda öldürülən jurnalistin parçalara ayrılan cəsədinin asit turşusunda əridilmə ehtimalının qiymətləndirildiyini bildirib.

 

 

İstanbul Respublika Baş prokurorluğundan bildirilib ki, Camal Qaşıqçı əvvəlcədən hazırlanan plana uyğun olaraq, boğularaq öldürülüb, daha sonra isə cəsədi parçalara bölünərək yox edilib. Qeyd edilib ki, ki, gerçəyin ortaya çıxarılması üçün Türkiyə tərəfindən göstərilən bütün yaxşı niyyətlərə baxmayaraq, İstanbula səfər edən Səudiyyə Ərəbistanının Baş prokuroru Səud əl-Muaciblə görüşlərdən konkret nəticə əldə etmək mümkün olmayıb. Açıqlamaya görə, cinayətdə şübhəli bilinən şəxslərin Türkiyədə mühakimə olunması barədə Ankaranın tələbi Səud əl-Muaciblə görüşlərdə təkrarlanıb.

Qeyd edək ki, Qaşıqçının öldürülməsi ilə bağlı indiyə kimi müxtəlif versiyalar irəli sürülüb.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam