Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

“BOĞULARAQ ÖLDÜRÜLDÜ, PARÇALARA AYRILARAQ…” –Prokurorluq Qaşıqçının qətlinin ŞOK detallarını açıqladı + VİDEO

28ccabd4-f1ab-48a4-8e14-8eb349d1517d

“Jurnalist Camal Qaşıqçı əvvəlcədən tərtib olunan plana əsasən Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olan kimi boğularaq öldürülüb”.

Yenixeber.org: Türkiyə KİV-ləri xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğunun yaydığı açıqlamada bildirilib.

İstanbul Baş Prokurorluğu Qaşıqçının qətlinin şok detallarını açıqlayıb.  Məlumatda qeyd olunub ki, onun meyiti daha sonra parçalara ayrılaraq yox edilib.

Eyni zamanda Türkiyə tərəfi iki ölkənin prokurorluqları arasında qətlin araşdırılması üçün aparılan danışıqlar nəticəsiz qaldığını da vurğulayıb.

Qeyd edək ki, C.Qaşıqçı oktyabrın 2-də Baş Konsullğun binasında öldürülüb. Krallıq onun qətlə yetirildiyi ilə bağlı açıqlama vermirdi. Ancaq C.Qaşıqçının paltarını geyinmiş və gözlüyünü taxmış bir nəfərin Baş Konsulluqdan çıxarılması səhnəsini quraşdırmaqla Səudiyyə Ərəbistanı jurnalistin diplomatik missiyadan çıxdığını beynəlxalq ictimaiyyətə sırımaq istəyib. Bununla da Camal Qaşıqçının itkin düşməsi məsələsində Türkiyəni ittiham etməyi planlaşdırıbmış. Lakin oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq jurnalistin Baş Konsulluğun binasında öldürüldüyünü etiraf edib. Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Mücib yerli “Ekberiye” telekanalına müsahibəsində jurnalistin öldürülməsinin əvvəlcədən planlaşdırıldığını deyib.

Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman C.Qaşıqçının ailəsinə başsağlığı verib. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman isə Ər-Riyadda keçirilən “Future İnvestment İnitiative” beynəlxalq iqtisadi forumunda çıxışı zamanı bildirib ki, jurnalist Camal Qaşıqçının ölkəsinin İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilməsi təəssüf doğurur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da oktyabrın 23-də Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının toplantısında bu barədə çıxış edib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel C.Qaşıqçı ilə bağlı məsələni araşdırmaq üçün oktyabrın 23-də Türkiyəyə səfər edib. O, jurnalistin öldürülməsi ilə bağlı aparılan istintaq işi üzrə bir sıra görüşlər keçirib.

Bu arada Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Mücib jurnalistin öldürülməsinə görə oktyabrın 28-də Türkiyəyə səfər edib.(azpolitika)

CUMHURİYET BAŞSAVCILIĞI’NIN TAM AÇIKLAMASI:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam